Rəqəmsal transformasiyanın ən çox hiss olunduğu sahələrdən biri, şübhəsiz ki, maliyyə və bankçılıqdır.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir.
Rəqəmsallaşma artıq həyatın hər sahəsinə təsir edib. Bu dəyişikliyi biznesdən tutmuş alış-veriş vərdişlərinə qədər bir çox sahədə görmək mümkündür. Rəqəmsal transformasiyanın ən çox hiss olunduğu sahələrdən biri, şübhəsiz ki, maliyyə və bankçılıqdır. Bu gün mobil bank proqramlarının aktiv istifadəsi ilə banka getmə nisbəti xeyli azalıb. İnsanlar artıq bir kliklə pul yatırmaq, hesab ödəmək, xarici valyuta almaq kimi bir çox əməliyyatları cihazlarından həyata keçirə və beləliklə də vaxta qənaət edə bilərlər. Araşdırmalar bunu dəqiq göstərir.
Araşdırmaya görə, filiallara gediş istifadəçilər tərəfindən o qədər də üstünlük təşkil etmir. Mobil bank tətbiqi istifadəçilərinin beşdə üçündən çoxu normal bank fəaliyyətlərinin əksəriyyətini mobil proqramlar vasitəsilə etdiklərini və 41 faizi bank fəaliyyətləri üçün adətən fiziki bank filialından istifadə etmələrinin lazım olmadığını deyir.