"Avropa İttifaqı", "Deutsche Bank" və "Rabobank"ı istiqraz ticarətində "kartel" yaratmaqda ittiham edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, komissiyanın sözügedən banklara iddianamələri ehtiva edən rəsmi bildiriş göndərdiyi vurğulanıb. "AB Komissiyası"nın "Deutsche Bank" və "Rabobank"ın istiqraz bazarında əməkdaşlıq edərək rəqabətə zərər verdiyi qənaətində olduğu bildirilib və bankların davranışlarının "AB" qaydalarını pozduğu qeyd edilib.


Sözügedən bank işçilərinin 2005-2016-cı illər arasında elektron poçt və onlayn söhbət otaqlarında əlaqə saxladığı, ticarətçilərin kommersiya baxımından həssas məlumatları paylaşdığı bildirilib.