"Almaniya Mərkəzi Bankı" Almaniya hökumətinin inflyasiyaya səbəb olan yüksək enerji qiymətlərini azaltmaq səylərinə baxmayaraq, gələn il inflyasiyanın ikirəqəmli səviyyədə qala biləcəyini açıqlayıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Bundesbank"ın iqtisadiyyata dair noyabr hesabatı dərc olunub. Hesabatda Almaniya iqtisadiyyatının üçüncü rübdə böyüdüyünə, qış aylarında iqtisadi fəaliyyətlərin əhəmiyyətli dərəcədə daralacağına diqqət çəkilib. Almaniya hökuməti Rusiya-Ukrayna müharibəsinin təsiri ilə bahalaşan qaz qiymətlərini “cilovlamaq” üçün mübarizə aparsa da, hesabatda qaz qiymətlərinə təsirin dərhal olmaya biləcəyi və müvəqqəti olacağı qeyd edilib.