"Amazon"un məlumatına görə, “Prime Early Access Sale” olaraq adlandırdığı yeni satış dövrünün 11-12 oktyabrda baş tutacağını açıqlayıb. 48 saatlıq tədbir yalnız Prime abunəçiləri üçün əlçatan olacaq. Daha sonra "Black Friday" ilə davam edəcək endirim mövsümü üçün e-ticarət nəhəngi 150.000 işçini işə götürüb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Amazon" Şimali Amerika üzrə Affiliate Services Vitse-Prezidenti Benjamin Hartman bu addımı belə izah edir: “Brendlər Amazon mağazasında tez bir zamanda yeni müştərilər əldə edə bilər, lakin onlar həm də müştərilərin ömür boyu dəyərini artırmaq üçün təkmilləşdirilmiş alətlərə ehtiyaclarını ifadə edirlər.”


Bu istəyə cavab olaraq, "Amazon", “Tailored Audiences” adlı proqramı sınaqdan keçirməyə başladı. Elektron ticarət nəhəngi yeni proqramı 2023-cü ilin əvvəlində bütün ABŞ tacirləri üçün əlçatan edəcək. Alətin satıcılara pulsuz təqdim ediləcəyi və mütəmadi olaraq yeni şablonlar və e-poçt dizaynları ilə hazırlanacağı açıqlanıb.


Digər tərəfdən, müştərilərin "Amazon" və brendlərdən marketinq e-poçtlarından imtina etmək imkanı var.