Qlobal mənzil bazarında bum azalmağa başlayıb.


Facemark.az “Business Insider”ə istinadən xəbər verir ki, dünyanın böyük iqtisadiyyatlarının əmlak qiyməti göstəricilərini tərtib və analiz edən “Global Property Guide”nin ilin hər 3 ayı üzrə hazırladığı hesabata görə, 2017-ci ilin əvvəlində Orta Asiya, Latın Amerikası, Yeni Zenlandiya, Asiyanın bir hissəsində qiymətlərin necə azaldığını və yavaşladığını görürük.


“Global Property Guide”nin hesabatına əsasən, ən böyük mənzil qiymətlərində enmə müşahidə olunan 9 bazarın siyahısını 2017-ci ilin 2-ci rübündən etibarən illik inflyasiyaya əsasən hazırladıq.


9.Yunanıstan



Hesabata görə, ölkənin paytaxtı Afinada 2008-ci ildən mənzil bazarında qiymətlərin enmə tendensiyası başa çatmayıb.


Yunanıstanın mənzil bazarında qiymətlər 2017-ci ilin ikinci rübündə illik 2,53% azalıb. 2016-cı ilin eyni dövründə isə bu rəqəm 1,55% olub.


8. Tayland



Taylandakı əmlak bazarı yavaşlamağa başlayıb. 2016-cı ilin ikinci rübündə bu ölkədə qiymətlər illik 4,29% artıb. 2017-ci ilin eyni dövründə isə bu göstərici illik 2,80% aşağı düşüb.


7. Sinqapur



Hesabatda vurğulanır ki, Sinqapurda mənzil qiymətləri enir. Artıq 15-ci rübdür ki, bu tendensiya davam edir. 2017-ci ilin ikinci rübündə mənzil qiymətləri iilik 3,23% azalıb. 2016-cı ildə isə bu göstərici illik 2,16% olub.


6. Ukrayna, Kiyev



Ukrayna mənzil bazarında azalma davam edir. Bazarda qiymətlər 15 rübdür ki, ardıcıl olaraq enir. Ukraynada ev qiymətləri 2017-ci ilin ikinci rübündə illik 5,13% enib. 2016-cı ildə isə iilik 2,95% enmə mövcud idi.


5. Misir



Misir bazarında qiymətlər zəif olaraq qalır, hesabatda vurğulanır. Amma bununla belə qiymətlər 2017-ci ildə əvvəlki ilə nisbətən artıb. Misirdə mənzil qiymətləri 2017-ci ilin ikinci rübündə illik 5,32% enib. 2016-cı ildə isə bu rəqəm illik 11,20% olub.


4. Makedoniya



Hesabata görə, ölkədə siyasi böhran və qonşu ölkə Yunanıstanda maliyyə böhranı bu ölkəyə təsirsiz ötüşməyib. Bazarda qiymətlər 2017-ci ilin ikinci rübündə illik 5,99% azalıb, 2016-cı ildə isə cəmi 0,84% artm müşahidə edilmişdi.


3. Qatar



Qatar bölgədəki kəskin iqtisadi yavaşlama və regiondakı diplomatik böhran nəticəsində hələ də narahatlıq içindədir. İyunun əvvəlində Səudiyyə Ərəbistanı da daxil olmaq üzərə 4 ərəb ölkəsi Qatar ilə olan əlaqələrini kəsdi və ölkə üçün potensial iqtisadi problemlər yaratdığını açıqladı. Qatarda mənzil qiymətləri 2017-ci illin ikinci rübündə illik 6,25% azalıb, 2016-cı ildə isə cəmi illik 1,75% artmışdı.


2. Rusiya



Rusiya Avropadakı ən zəif mənzil bazarı olmaqda davam edir. Qlobal araşdırmamızda ən pis nəticə göstərən ikinci ölkə olub. Amma hesabatda vurğulanır ki, işlər yaxşılığa doğru gedir. Rusiyada mənzil qiymətləri 2017-ci ilin ikinci rübündə illik 7,58% enib. Buna səbəb kimi isə neftin qiymətinin aşağı düşməsi və rublun məzənnəsinə olan azalma göstərilib.


1. Puerto Riko



Araşdırmaya görə, ən zəif mənzil bazarı bu ölkədə olub. Səbəb isə iqtisadi çətinliklər, yüksək işsizlik, kütləvi miqrasiya, milli borc böhranı və ölkənin kredit reytinqinin aşağı salınması olub. Puerto Rikoda mənzil qiymətləri 2017-ci ilin ikinci rübündə illik 9,59% enib. 2016-cı ildə isə illik 3,26% yüksəliş müşahidə olunmuşdu.