Türkiyə lirəsi (TL) dollar qarşısında ucuzlaşaraq rekordunu yeniləyib.
Facemark.az "APA-Economics"ə istinadən xəbər verir ki, Dollar/TL məzənnəsi rekordunu yeniləyib. Belə ki, bu gün Türkiyədə dollar 18,3809 lirəyə kimi bahalaşıb.
Qeyd edək ki, Dollar/TL məzənnəsi ilk dəfə 2021-ci ilin dekabrında qeydə alınan 18,3633 TL səviyyəsini ötüb.