Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.


Facemark.az "APA-Economics"ə istinadən xəbər verir ki, hərracda tələb 66,1 mln.ABŞ dolları olub və tam təmin edilib.


Reklamınızı SmartBee ilə effektiv edin.


Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (23 avqust 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 35,2% artıb. Ötən hərracda tələb 48,9 mln. ABŞ dolları olub.


Hərracda manatın ortaçəkili məzənnəsi isə 1,7000 səviyyəsində formalaşıb.