Dünyanın ən böyük bankı ''JPMorgan'', ''Bitcoin''in dəyərini yenidən hesablayaraq nəticəni paylaşıb. Bank ''Bitcoin''in dəyərinin 38 min dollar olduğunu açıqlayıb. Bu dəyər noyabr ayında 35 min dollar olaraq açıqlanmışdı.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bu gün təxminən 43.700 dollar dəyərində olan Bitcoin üçün ''JPMorgan'' noyabr ayında verdiyi açıqlamada bəzi hədəflərə də yer verib. ''JPMorgan'' tərəfindən dərc edilən hesabatda ''Bitcoin'' üçün 73 min dollarlıq qiymətin uyğun hədəf olaraq görüldüyü və bunun 2022-ci ildə 100 min dollara çata biləcəyini ifadə edib.