Türkiyənin peşəkarlar üçün ilk kriptovalyuta ticarət platforması olan "Stablex" fəaliyyətə başlayıb.

Facemark xarici xəbərə istinadən xəbər verir ki, Türkiyənin peşəkar investorlar üçün ilk kriptovalyuta ticarət platforması olan "Stablex", fəaliyyətinə başladığını açıqlayıb. Türk lirəsi ilə kriptovalyuta ticarətinə peşəkar yanaşmaya malik olan "Stablex", maliyyə sektorunda təcrübəli mütəxəssislər qrupu tərəfindən idarə olunur. İnvestorlar tərəfindən ən çox üstünlük verilən və geniş istifadə olunan kriptovalyutaları bir araya gətirən platforma, investorlara tanış olduqları peşəkar interfeys ilə əlavə sürətli, təhlükəsiz və peşəkar kriptovalyuta ticarəti təcrübəsi təqdim edir.


Bazarda ən çox tanınan və geniş istifadə olunan kriptovalyutaları toplayan "Stablex"ə bir neçə dəqiqə ərzində üzv olmaq və ticarətə başlamaq mümkündür.