TikTok-un sürətlə böyüməsinə görə, Instagram-a olan marağın azaldığı təxmin edilir. Buna baxmayaraq platforma satış və auditoriyanın diqqətini cəlb etmək üçün sosial məcra olmağa davam edir. Engagement dərəcələri hələ də bu platformada çox yüksəkdir. Daim yenilənmələrin sayəsində məcra bu nisbəti həmişə yüksəkdə saxlamağa nail olur. Nə olursa olsun, Instagram kimi bir məcraya hələ də sadiqsəniz, o zaman sosial məcranın hansı istiqamətdə inkişaf edəcəyini bilməyiniz sizin üçün maraqlı olacaq. Təxminlər ekspertlərin qiymətləndirmələrinə, statistika və şəxsi müşahidələrə əsaslanır.


1. İndividuallıq


Söhbət Instagram-dan gedirsə, bu sosial şəbəkənin özünəməxsus kontenti gözlərimizin önündə canlanır: Gözəl, qüsursuz qızlar, xoşbəxt ailə, füsunkar mənzərələr və ləzzətli yeməklər və s. Yeni başlayan bloggerlər TOP-da olanların profillərinə nəzər salırlar. Nəticədə onların yaratdıqları kontent də eyni olur: Monoton və əvvəlcədən bilinən vizuallar. İstifadəçilər artıq smartfonların ekranlarından belə gözəl mənzərələri görməkdən beziblər. Ona görə də, yeni ildə onların diqqətini daha çox standart olmayan profillər cəlb edəcək.


2. Qısa videolar


TikTok rəqiblərinə güclü bir şəkildə təsir edib. Populyarlığının artması fonunda Instagram tamaşaçı kütləsini inamla qazanmaqda olan, qısa videoların mübadiləsi xidməti olan Reels-i işə saldı. İzləyicilər qısa videolara aktiv bir şəkildə reaksiya verirlər. Buna görədir ki, alqoritmlər belə məzmunu ən yaxşı nəticələr ilə tövsiyələrdə nümayiş etdirir. Onun biznesiniz ilə bağlı aktuallığına inanmasanız belə, bu trendi sınaqdan keçirməyə dəyər. Nəticələr isə sizi təəccübləndirə bilər.


3. Meme-lər



Meme və sosial media son bir neçə ildir ki, artıq sinonim sözlər kimi işlədilir. Instagram bu trendi davam etdirməmək üçün çox dayandı, ancaq indi şəbəkə komik rəsmlər ilə doludur. Üstəgəl, onlar təkcə əyləncəli brendlər tərəfindən deyil, ciddi brendlər tərəfindən də bəyənilir və istifadə edilir.


4. Keyfiyyət kəmiyyətdən daha vacibdir


Müəlliflər öz auditoriyasını itirməmək üçün gün ərzində onlarla hekayə və bir neçə post paylaşmağa başladılar. Nəticə olaraq kontent yaratmaq daha çox, onun tanıtımı isə daha az vaxt alır. Ancaq zəif bir post Instagram alqoritmləri üçün sizin postlarınızın çox da keyfiyyətli olmaması qənaətinə gəlməyi üçün bir siqnaldır. Ona görə də sizi auditoriyaya daha az göstərir. Auditoriyanın diqqətini qazanmaq üçün hər bir postu diqqətlə hazırlamaq və onun tanıtımına daha çox vaxt ayırmaq hər zamankindən daha vacibdir. Bu trend ana səhifənin yenilənməsindən sonra daha da gücləndi. İndi istifadəçilər lentdə oxşar postları gördükdə baxmadan avtomatik olaraq keçir. Ancaq keyfiyyətə üstünlük verməklə, auditoriyanızı genişləndirə və engagementi yüksəldə bilərsiniz.


5. Hekayələr (Stories)



Hekayə formatı 2016-cı ildə işə salınanda çox az adam onun uğurlu ola biləcəyinə inanırdı. İndi bütün həyat hekayələrdə bütün sürəti ilə davam edir. 2020-ci ildə bloggerlərin 63%-i daha tez-tez hekayələr paylaşıblar. Bu isə onu deməyə əsas verir ki, bu trend qarşıdakı illərdə də aktuallığını saxlayacaq.


6. Karusel paylaşım


Format ilk dəfə Instagram-da yarananda bütün kontentin 3%-dən çoxunu əhatə etmədi. Ancaq bu rəqəm indi 19,4%-dir və artmağa davam edir.


7. Community – cəmiyyət


Ümumiyyətlə, sosial şəbəkələr, xüsusilə də Instagram aktiv bir cəmiyyət sayəsində inkişaf edir. 2021-ci ildə bir community yaratmaq birinci plana çıxacaq. Markanı auditoriyaya sevdirə bilən mütəxəssislər qızıl dəyərində olacaq.


8. Təbii toxunuşlar


İki il öncə Instagram-da parlaq filtr və funksiyalar meydana gəldi. Ancaq təbiiliyə meyl tədricən bu estetikin yerini aldı. İndi minimal rötuşla, filtrsiz təbii çəkilişlər daha çox qiymətləndirilir. Düzdür, indiyənə qədər insanlar “Çək və paylaş” tərzində şəkillər paylaşmağa cəsarət etmir. Kontentin maraqlı və estetik cəhətdən xoş olması üçün üzərində işləmək lazımdır. Bunu etmək çətin olmamalıdır, sadəcə etməli olduğunuz gözəllik ilə təbiilik arasındakı balansı qorumaqdır. Bu trendin 2021-ci ildə aktuallıq qazanacağı bildirilir.


9. İstifadəçi məzmunu


Bu tendensiya bir neçə ildir ki, güclənir. İstifadəçilər tərəfindən yaradılan kontent, digər kontentlər üçün xoş bir toxunuş olub. Vizualların hazırlanması çox zaman, uzun vaxt alır. Markanın pərəstişkarlarının qeydlərini əldə etmək daha asandır, bu maksimum təbii görünür, özündə müsbət geridönüş gizlədir və vaxta qənaət edir. Brendlərin özləri üçün məşhur blogger və müəlliflərdən kreativ sifariş etməsi trendi indiyənə qədər gəlib çıxıb. Qeyd: İstifadəçilər tərəfindən yaradılan kontenti, kontent strategiyanızın bir hissəsinə çevirməkdən çəkinməyin.


10. Nostalji



Bu tendensiya, ümumiyyətlə, SMM üçün xarakterikdir. 2020-ci il, əlbəttə, insanların xatırlamaq istədikləri bir il olmadı. Ona görə də insanlar keçmiş günləri tez-tez xatırlamaq istəyir. Qayğısız uşaqlıq illəri, köhnə interfeysləri xatırladan qrafika, storilərdə retro filtrlər və s.


Bəs, sevgili dostum sən 2021-ci ili necə görürsən? Fikirləri şərh bölməsində bizimlə paylaş.


facemark.az baş redaktor,


Ülviyyə Əlizadə