Koronavirusun yayılmasından dolayı bir çox şirkətlər işçilərini evə göndərdi və onlayn çalışmağa başladı. Eyni zamanda, belə bir yanaşma bir sıra brendlər üçün yad deyil. Məsələn, Bilayn-ın 6 mindən çox işçisi artıq neçə ildir ki, BeeFREE layihəsi çərçivəsində evdən çalışırlar.


Blayn-ın personalların idarə edilməsi və inkişafı üzrə baş icraçı direktoru Olqa Filatova və BeeFREE layihəsinin icraçısı Alina Draqun onlayna keçidin, şirkətin biznes prosesslərinə təsir etmədən necə idarə ediləməsi ilə bağlı özlərinin fikirlərini paylaşıb.


Əsas yer deyil, nəticəyə fokuslanmaqdır. Ofis pesonalı üçün qismən yaxud da tam şəkildə onlayn rejimə keçmək ilk başlarda çətin təcrübə ola bilər. Bu, həm işçilər üçün, eyni zamanda rəhbərlik üçün də bir çağırışdır. Birinciyə, kollektivdən ayrı düşmüş işçiyə məsələləri həll etmək və qərar vermək, ikincilərə isə onları idarə etmək lazımdır. Amma bu panika üçün səbəb deyil. İşçilərin uğuru onların çalışma yeri ilə deyil, birinci növbədə iş əhval-ruhiyyəsi və nəticələr ilə bağlı olur.


Əgər mümkünsə, onlayna keçmədən öncə buna hazırlaşırıq. İdeal olaraq, prosesi iki mərhələyə bölmək olar: hazırlıq və əsas. Hazırlıq zamanı komandanın necə və hansı şəraitdə işləyəcəyini başa düşmək lazımdır. İşçilərin vəzifələrini və funksionallığını analiz etmək lazımdır. Məsələn, öncədən bilmək lazımdır ki, hansı işçi evdən sakit şəkildə işləyə bilər, kimi isə ofisdən ayırmaq olmaz.


Blayn-ın fikrinə görə, onlayn işə rahat və sağlam keçid üçün 3 açar şərtə riayət etmək lazımdır.


- Rahat IT-infrastrukturun qurulması. Yaxşı infrastruktur-evdən uğurlu işləməyin vacib şərtlərindən biridir. Bütün əməkdaşları korporativ şəbəkə ilə təmin etmək lazımdır. Eyni zamanda, danışıqlar və onlayn iclaslar üçün keyfiyyətli səs və video yazısı olmalıdır. Bütün birgə işləri sənədləşdirmək və nəticələri kontrol etmək üçün alətlər seçmək lazımdır.


- Korporativ fəlsəfəni dəyişdirmək və daxili rabitəni təmin etmək lazımdır. Yeni bir daxili fəlsəfənin reallaşması isə iki qütbdə baş verir-Rəhbərlik və əməkdaşlar. Belə ki, onlar gələcəkdəki yeniliklərdən məmnun olmaya bilərlər. Buna görə də psixoloji aspekti hesaba qatmaq və kadrları qarşıdakı dəyişikliyə hazırlamaq lazımdır. Burada daha savadlı PR işinə ehtiyac var-məsələ bura müzakirələr, strateji sessiyalar və təhsil seminarları daxildir. Bundan başqa, kommunikasiyada yeni metod tapmaq, HR prossesinində dəyişiklik etmək və daxili sənədləri yeniləyə bilərsiniz.


- Ofis sahəsinin yenidən dizayn olunması. İşdə, hətta divarlar belə arzu olunan məqsədə çatmağa kömək etməlidir. İşçilərin onlayn işləməsi, ofisin dizaynının yenidən dəyişdirilməsi üçün bir fürsət ola bilər. Əgər işçiləriniz zamanla ofisdə olmalı olacaqlarsa, dizayn, dəyişdirilmiş iş stilinə və yenilənmiş daxili mədəniyyətə uyğun olmalıdır.