Bir çox şirkətlər bu sahəyə sərmayə qoymağa HR departamentindən başlayıb.


Facemark.az HR-da dijital dövr adlı yazını təqdim edir!


İşə qəbuldan başlayaraq, performansın qiymətləndirilməsi, sorğu və təkliflərin idarə edilməsi, daxili ünsiyyət və işçi məmnuniyyəti kimi fəaliyyətlərin əksəriyyəti rəqəmsal platformalarda həyata keçirilir. Elə şirkətlər vardır ki, HR proseslərini rəqəmsallaşdıraraq bəzi departamentlərin iş yükünü 20 faizə qədər azaltmışdır. Bu şirkətlər rəqəmsallaşma prosesi ilə əməliyyat yüklərini də azaldırlar. Ən əsası, vaxta və xərclərə qənaət edirlər.


Rəqəmsallaşmanın sürətli inkişafı şirkətlərin bir çox proseslər üçün texnoloji infrastrukturun təmin edilməsinə sərmayə qoymasına səbəb olur. Araşdırmalara görə,rəqəmsallaşmadan ən çox təsirlənən üç şöbə əməliyyatlar, İT və insan resurslarıdır. "Mercer"-in insan resurslarının rəqəmsallaşdırılması ilə bağlı qlobal araşdırması da bu arqumenti dəstəkləyir. Respondentlərin 40 faizi yazılı və strukturlaşdırılmış insan resursları strategiyasının olduğunu deyir. Digər tərəfdən 33 faiz isə insan resurslarında bulud texnologiyalarını yeni tətbiq etməyə başladıqlarını qeyd edirlər. Şirkətlərin 20 faizi rəqəmsallaşma prosesinin başlanğıcında, 57 faizi prosesin ortasındadır və çox az qismi isə prosesi tamamlamışdır. Mercer Talent "Management and Total Rewards" Türkiyə Meneceri Goncagül Çamur Uğurlu söyləyir ki, insan resursları funksiya etibarilə, hələ rəqəmsallaşmaya yön göstərəcək vəziyyətdə deyil. “Rəqəmsallaşma haqqında məlumatlılığın yaradılması prosesində görürük ki, dəyişiklikləri yaradan və idarə etməsi gözlənilən funksiya HR-dır”.


Dijatala keçən proseslər


İnsan resursları təşkilatının gələcəyin dəyər və tələblərinə uyğun yenidən qurulması son dövrlərdə gündəmdə olan məsələlərdəndir. Şirkətlərin işlərinə nəzər saldıqda işə qəbuldan başlayaraq, performansın qiymətləndirilməsi, daxili ünsiyyət və işçi məmnuniyyəti kimi fəaliyyətlərin əksəriyyətinin rəqəmsal platformalara keçdiyi müşahidə edilir. Bunlara Türkiyə üzərindən nümunələrə nəzər yetirərək aydınlaşdıraq. Məsələn, "Doğuş Otomotiv", HR departamentində əl ilə izlənilən və əməliyyat yükü yaradan bir çox prosesləri rəqəmsal platformalarda həyata keçirir. "Akbank" işçilərinə HR proqramlarına çox qısa müddətdə daxil olmaq və öz əməliyyatlarını təbii dil emal (NLP) əsaslı HR Chatbot “1Bilen” vasitəsilə həyata keçirmək imkanı verir. "LC Waikiki" Mərkəzi İnsan Resursları Direktoru Hande Özdağdeviren, doğru insanı işə götürmək üçün əvvəlcə prosesləri rəqəmsallaşdırdıqlarını bildirir. Mercer-in Qlobal İstedad Trendləri Sorğusuna əsasən, işə qəbul proseslərinin rəqəmsallaşdırılması şirkətlərə həm vaxt, həm də xərclərin idarə edilməsi baxımından əhəmiyyətli səmərəlilik təmin edir. İş yüklərini bu şəkildə azaldan HR departamentləri artıq ildə bir və ya iki dəfə keçirilən performansın qiymətləndirilməsi müsahibələri yerinə onlayn geridönüş bilirlər. Bu, işçinin özünüinkişaf yolunda çox daha gözə çarpan təsir yaradır. HR menecerləri burada enerji sərf etmək əvəzinə, diqqətlərini strateji inkişaflara yönəldirlər. Xüsusilə də dijital çağda yetişən Z nəslinin iş həyatına qatılması məsələsinin olduğu yeni dövrdə HR-nın ənənəvi modellərdən imtina etməsi böyük əhəmiyyət kəsb edir.