Biznesin ana mahiyyəti mənfəət əldə etmək, minimal resurslardan maksimum qazanc əldə etmək üçün atılan addımlardır. Yəni, hər bir əməliyyatın sənə qazanc gətirməlidir. Əvvəla onu qeyd edək ki, gəlirli şirkət heç də mənfəətli şirkət demək deyil. Yəni ki, şərti olaraq 20 min manat dövriyyən, yəni gəlirin varsa bunun 20 mini sahibkarın cibində qalmır. Müəyyən sabit və dəyişkən xərcləri çıxdıqdan sonra artıq geriyə mənfəət qalır. Azərbaycanda kifayət qədər biznes var ki, heç onlar nəinki mənfəət heç gəliri xərclərini belə ödəmir. Xüsusilə devalvasiya olandan və iqtisadiyyatın sahələrində durğunluq yaşandıqdan sonra sturuktursuz və sistemsiz bizneslər çökməyə məruz qaldı. Gəliri xərcini ödəmədi. Yüzlərlə biznesin bağlanması buna əyani sübutdur. Gəlin mənfəət, gəlir və xərcin nə olduğunu qısa və başa düşülən tərzdə izah edək.
1) Gəlir-Biznesin və ya fərdin hər hansı bir fəaliyyəti nəticəsində pul qazanmasıdır. Şərti 10 min manata mal alıb, 15 min manata satırsan, həmin 15 min manat sənin ümumi gəlirin sayılır.
2) Mənfəət- Ümumi xərclərdən gəliri çıxdıqdan sonra geridə qalan hissə mənfəət sayılır. Misal üçün ümumi dövriyyən 60 min manat olub, cari xərclərin isə 42 min manat olub geridə qalan 18 min manat sənin mənfəətindir.
3) Xərc- Xərclər isə özü özlüyündə sabit və dəyişkən olmaqla iki hissəyə bölünür. Sabit xərclər əmək haqqı, vergilər, şirkətin cari xərcləri və s. daxil ola bilər, dəyişkən xərclər isə tikinti xərcləri, müəyyən dövr üçün alınan mal və materiallar daxil ola bilər.
Yəni ki, biznesin həqiqətən biznes kimi qalması, onun öz fəaliyyətini davam etdirməsi üçün mütləq şəkildə mənfəətli olması vacibdir. Əgər biznes mənfəətli deyilsə, onun qeyri-kommersiya təşkilatından fərqi yoxdur.
Biznesin formaları isə: B2B, B2C, B2G və nadir hallarda G2B ola bilər.
B2B-Business to Businesss-Biznesin biznesə satmasıdır. Misal üçün iri şirkət sistemlərini şirkət şirkətə satmaqdadır.
B2C- Business to customer-Biznesin insanlara məhsul və ya xidmət satmasıdır. Təlim şirkətlərini, mağazaları və s. bura aid etmək olar.
B2G- Business to goverment-Biznesin hökumətə mal və məhsul satmasıdır. Bura SOCAR, BP, Azersun aid edə bilərik.
G2B- Goverment to business-Buraya SOCAR, ASAN Xidmət kimi qurumları aid edə bilərik.
Biznesin növlərinə gəldikdə isə: korporativ, françayzing, ailə biznesi, startap, ənənəvi və s. aid edə bilərik.
Korporativ biznes sırf korporativ şirkətlərlə əlaqəsi olan bir biznesdir. Françayzing biznesinə isə Mcdonalds, KFC, Burger King və s aid edə bilərik. Ailə biznesi idarəçiliyi ailədən ailəyə keçən biznesdir. Startap biznesləri müasir dövrdə yaranmış biznes növləridir, ənənəvi isə illərlə dəyişməyən bizneslərdir misal üçün: Çörək biznesi, altı moyka üstü çayxana biznesi
İlkin Mirzəzadə, blogger