Facemark.az xarici mənbələrə istinadən xəbər verir ki, Apple Pencil-in visionOS dəstəyini qazanması ilə istifadəçilər Apple Pencil ilə stolun və ya digər səthin üzərində rəsm çəkdikdə, onlar bunu qarışıq reallıq eynəklərindəki açıq rəsm proqramında görəcəklər. Yəni insanın ətrafı nəhəng bir kətana çevriləcək.


Apple Pencil-in Vision Pro ilə uyğun olması üçün proqram yeniləməsi tələb olunur, lakin bu dəstəyin hansı versiyada əlavə ediləcəyi bəlli deyil. Yeri gəlmişkən, Apple Vision Pro üçün hazırkı versiya visionOS 1.1-dir. və bu həftə visionOS 1.2 developer beta buraxılacaq. visionOS 2 ilə gələn yeniliklərin iyun ayında keçiriləcək WWDC24 tədbirində təqdim ediləcəyi gözlənilir.