Hər birimiz yaşadığımız müddət boyunca qarşımıza müəyyən məqsədlər qoyuruq, hədəflər təyin edirik. Bunu biz özümüz də edə bilərik və ya bunu təyin etməsək belə əmin olun ki, həyat bunu bizim üçün təyin edir.


Əgər bir insan peşəkar səviyyədə inkişaf etmək istəyirsə və bunu etmək üçün özünə hədəflər seçirsə, həmin hədəfləri icra edirsə, o mütləq daha yaxşı məqamlara çatacaqdır. Yox əgər bir insan istəyirsə, amma onu etmək üçün heç nə etmirsə əmin olun ki, həyat onun üçün də hədəf təyin edir. Bəli, həyat onu “uçurum” adlı hədəfinə aparır. Yəni, ümumilikdə qənaətə gəlsək hər bir insan, ya özü hədəfini təyin edir, və ya həyat ona hədəfi təyin edir.


İnsan bəzən müəyyən yaşa çatdıqda etmək istədiyi bəzi nüansları etmək istəyir yalnız edə bilmir. Çünki cəmiyyətimizdə müəyyən sterotiplər var. Sən müəyyən yaşda universitetə daxil olmalısan, universiteti bitirməlisən, oğlansansa əsgər getməlisən, ardınca işləməlisən, evlənməlisən, uşağın olmalıdır və s.


Yəni, sən 25 yaşda universitetə daxil olursansa, bu qəbuledilməzdir çox insana görə və ya 30 yaşda evlənirsə deməli gecdir.


Bilirsiniz hər bir yaşın özünə görə gözəlliyi var. Amma tələsib və ya hər hansı plansız bir iş gördükdə bu bizim üçün heç də yaxşı olmur. Bu gün illik boşanma nisbəti 27% təşkil edir. Yəni, təxmini hər 10 ailədən 3-ü boşanır. Səbəbin isə deyim sizə? Plansız evliliklər.


Evlilik maddi və mənəvi qayğılar tələb edir. Bu qayğı odur ki, artıq sən istəsəndə nəyi isə edə bilmirsən. Yəni, işdən ürəyin istəyəndə çıxa bilməzsən, müəyyən qayğılarla qarşıya qalırsan.


Nəyisə söhbətimiz evlilik deyil. Nə də mən bu sahənin eksperti deyiləm. Sadəcə müəyyən öz fikrimi ifadə edirəm. Bu fikir konstitusiya deyil. Razılaşmayanlarda ola bilər. Hörmətlər


Söhbətimizin ana məğzi məhz başlamaq barədədir. Bilirsiniz ki, başlamaq bir işin 50 % təşkil edir?


Geridə qalan 30% sizin işin icrasına vaxt ayırırsız. Qalan 20% isə işin yekunlaşdırılmasına sərf edilir.


İnsanlar məhz başlamaqda çətinlik çəkir və ya yekunlaşdıra bilmir. Bunun da müəyyən səbəbləri vardır. Başlamağa əngəl isə bir neçə məqam var:


1. İtirmək qorxusu (maddi)


2. Risk qorxusu


3. Ətraf aləmin müəyyən təzyiqləri qorxusu


4. Reputasiyanın aşağı düşməsi qorxusu


5. Digər qorxular


İnsan bu qorxulardan birini və ya bir neçəsini düşünür deyə hər-hansı işi etmək istəmir. İnanın o qədər gözəl işlər görülə bilər ki, lakin insanlar məhz bu qorxulara görə hər-hansı işə başlamaq istəmir.

Fikrimcə, fikrimizdəki bu qorxuları dəf etməli və başlamalıyıq. Arıqlamaq istəyirik? Günü bu gündən başlamalıyıq. İdeyamız var? Bu gündən başlamlıyıq. Karyeramızı inkişaf üçün kurslara getməliyik? Elə bu gündən başlamalıyıq.


İnanın insan başlamaq üçün o qədər bəhanə tapa bilər ki... Əsas məsələ bu bəhanələri dəf etmək və mübarizə aparmaqdır. Hər birinizə hədəfləriniz və məqsədləriniz üçün elə günü bu gündən başlamağınızı tövsiyə edirəm!


İlkin Mirzəzadə, bloqqer, İNNAB-Menecer