İdman malları və ayaqqabıların istehsalçısı Adidas, Ulduz müharibələri filminin yeni epizodunun çıxışı ərəfəsində krossovkaların yeni kolleksiyasını buraxıb.


Facemark.az xəbər verir ki, SneakerNews portalının məlumatına görə, yeni modellər flmin qəhrəmanlarına həsr edilib.


Bütünlükdə kolleksiyada 6 model var – İyoda, Şahzadə Leia, R2D2, Rey, Dart Veyder və Şturmovikdir. Hər cüt ayaqqabıda isə müəyyən bir qəhrəmana xas rənglər və dizayn mövcuddur. Modellərin bağlama yerində qəhrəmanların portreti, daban hissəsində isə onların açar sözləri yerləşdirilib.


Xatırlatmaq yerinə düşər ki, krossovkaların yeni modellərinin satışları dekabrın 3-dən etibarən istehsalçının saytında başlayacaq.