İldən-ilə özlərinə lazım olan informasiyanın, o cümlədən məhsul və xidmət haqqında bütün lazımi məlumatları internet vasitəsilə axtaran insanların sayı artır. Məhz buna görə də, daha çox kampaniyalar SEO adlandırılan saytlarının təşviqi barədə düşünürlər.


İndi biz saytın 6 balanslaşdırılmış göstəricisi barəsində danışmaq istəyirik – faktorlar barədə, hansı ki, axtarış sistemləri nəticəsində saytlardakı mövqedən (yerdən) çox asılıdır. Siz saytı sərbəst şəkildə inkişaf etdirirsiniz, yoxsa bunun üçün kiminsə xidmətindən istifadə edirsiniz: birinci halda, siz vacib texnoloji amilləri əldən çıxarmırsınız, ikinci halda isə, onların köməkliyi ilə istifadəçinin nə qədər keyfiyyətli və peşəkar şəkildə öz işlərini gördüyünü yoxlaya bilərsiniz. Onları ona görə balanslaşdırılmış adlandırırq ki, onlar qarşılıqlı əlaqədədir: onların biri və ya bir neçəsi üzərində iş arzu olunan nəticələrə gətirməyəcək, mütləq şəkildə kompleks yanaşma lazımdır.


Saytın balanslaşdırılmış göstəricilərinə aid edilir:


- Saytın məqsədi (missiyası);


- Daxili optimallaşdırma;


- Saytın məzmunu;


- Xarici optimallaşdırma;


- Davranış faktorları və dizayn;


- Bütün göstəricilərin daimi inkişafı;


İndi isə, hər bir punkt üzərində dayanaq ki, verilmiş sxemi başa düşək və təşviqin hər bir incəliyini başa düşək.



Şəkil 1. Saytların balanslaşdırılmış göstəriciləri


Saytın məqsədi


Verilmiş sxemdə əsas göstərici – bu saytın yaranma məqsədinin müəyyənləşdirilməsi və onun inkişaf strategiyasıdır.


Hər şey məqsədin qoyulması və yaxud başqa sözlə, saytın missiyasından başlayır.Saytı yaratmazdan və onun inkişafına müəyyən vasitələr sərf etməzdən əvvəl özünüzə beş əsas sualı verməlisiniz: Sayt nədir? O özündə nələri birləşdirir? O nə üçün yaradılıb? İstifadəçi üçün o hansı dəyərə sahibdir? O digər anoloji saytlardan nə ilə yaxşıdır?


Bu suallara cavab sizə saytın yaranma səbəbinin mənasını və onun hədəfini anlamağa kömək edəcək. Missiya həmçinin bütün baxılan göstəricilər üzrə saytın strategiyasını müəyyən edir. Bu isə öz növbəsində inkişafa təsir edir: axtarış sistemlərində məqsədli və məzmun və mənaca tamamlanmış saytlara üstünlük verilir.


Daxili optimallaşdırma


Biz məqsədli və strukturlu sayt yaratdıqdan sonra, onun daxili optimallaşdırılması ilə məşğul olmaq lazımdır – sayt və onun strukturunun texniki (proqram) təminatı ilə bağlı kompleks şəkildə iş. Saytın fasiləsiz işləməsini təmin etmək üçün müxtəlif tədbirlər həyata keçirirlər (gün ərzində 24 saat, həftədə 7 gün fəaliyyət). Axtarış sistemi sizin sayta daxil ola bilər, lazımi məlumatı əldə edə bilər (sizin üçün vacib olan) və daha sonra lazımi sorğu nəticələrini istifadə edəcək. Əks halda, axtarış sistemləri sadəcə olaraq sizin saytı görməyəcək.


Daxili optimallaşdırmanın düzgün istifadəsinə həmçinin müntəzəm indeksləmə (axtarış sistemləri vasitəsilə vaxtaşırı resurs incələməsi) də daxildir. Axtarış sistemləri sizin sayta nə qədər çox daxil olsalar, sizin sayt ilk Top 10-luğa bir o qədər daxil olacaq.


Saytın məzmunu


Beləliklə, biz bəlli bir məqsədi olan sayt yaratdıq, onu düzgün şəkildə qurduq, struktur hazırladıq və nəticələri gözləyirik. Lakin bu hələ onun Top10 siyahısına daxil olması üçün kifayət deyil. Axtarış sistemində olduğu kimi, sizin saytın kontenti üçün ziyarət sayı bilavasitə vacibdir, daha doğrusu kontent: mətnlər, təsvirlər, cədvəllər, sxemlər, price-list və s. Bu onunla əlaqədardır ki, istənilən axtarış sisteminin məqsədi ondan ibarətdir ki, isitfadəçinin istənilən sualına müvafiq cavab verilsin, əks halda, onun mövcudluğu öz mənasını itirir. Məhz cavablar saytların kontenti hesab olunur. Beləliklə, saytda yalnız aktual informasiya deyil, həmçinin internet auditoriyanın mövcud ehtiyaclarını ödəyən bir sistem olmalıdır.


Saytın məzmunun bütün axtarış sistemlərinin tələblərini ödəməsi üçün aşağıdakı qaydalara əməl etmək lazımdır:


Bütövlük və dəqiqlik. Hər-hansı mövzunu açaraq mətnlər yazın və elə yazın ki, ziyarətçilərdə onu oxuduqdan sonra heç bir sual qalmasın;


Unikallıq. Plagiatı kim sevir? Ancaq axtarış olmayan sistemlər! Top 10 siyahısına daxil olmaq üçün sayt 100% unikal mətnə sahib olmalıdır.


Yenilik. Mətni (xəbəri) bir dəfə yazdınızsa, növbəti dəfə də yazmağa davam edin. Sayta mövzu üzrə faydalı məlumatlar və xəbərlər əlavə edin və bu istifadəçilərin diqqətini cəlb etməyə kömək edəcək və deməli, axtarış sistemlərinin. Yalnız onu yadda saxlamaq lazımdır ki, bütün məlumat məqsədi və saytın strategiyasını göstərməlidir.


Xarici optimallaşdırma


Xatırlama – bu öz növbəsində bir resursun digəri ilə kontent təqdimatıdır: link vasitəsilə biz hazır, tam və unikal xəbərə daxil olmağı gözləyirik. Axtarış sistemləri kataloqunda saytın qeydiyyatı çox effektivdir. Bu kataloqlar xüsusi olaraq saytların tematik klassifikasiyaları üçün yaradılmışdır, hansı ki, axtarış sistemlərində çox vacibdir. Biz isə öz növbəmizdə sayta əlavə link əlavə edirik. Bundan başqa, kampaniyanın saytına linkləri biznes üzrə partnyorlar əlavə edə bilərlər, bunu onlardan xahiş etmək kifayətdir. İstənilən halda, nə qədər sizin sayta tematik linkləri əlavə edirsə, bu saytın təşviqi üçün bir o qədər yaxşıdır.


Davranış faktorları və dizayn


Axtarış sistemi nöqteyi nəzərdən nəticələrin obyektiv şəkildə qiymətləndirilməsi onlar tərəfindən xüsusi xidmətlərin yaradılmasına səbəb olur – Yandeks Metrika və Google Analitika. Ancaq onlar düzgün şəkildə sayta ziyarətin keyfiyyətini, sorğuları göstərə bilərlər, həmçinin uğursuzluqları düzgün qiymətləndirə bilərlər. Axtarış sistemlərindəki uğursuzluqlar istifadəçinin 10 saniyədən daha az qalması hesab olunur. Bəs bu göstərici niyə belə vacibdir? İş bundadır ki, bu axtarış sistemləri saytın keyfiyyəti baxımından mühakimə olunur. Və bu məntiqidir: istifadəçi hər hansı bir tələb üzündən axtarış sistemi vasitəsilə sayta daxil olur və əgər istifadəçi cavab tapmırsa, onda o, sadəcə olaraq saytı tərk edir.


Uğursuzluqların yüksək faizi resursun aşağı keyfiyyətindən xəbər verir: mətnlər maraqlı deyil, təsvirlər yaxşı alınmayıb, struktur və saytın məqsədi aydın deyil. Məhz buna görə də, göstərilən alətlərdən istifadə edərək bu göstəriciyə nəzarət etmək lazımdır və lazım olduğunda operativ şəkildə qabaqlayıcı tədbirlər həyata keçirmək lazımdır.


Yeni sayta ziyarət sayını artırmaq üçün saytın sosial şəbəkələrə inteqrasiyası çox vacibdir: “like” etməklə və s.


Bütün göstəricilərin daimi artımı


Şəklə qayıdaq: bütün göstəriciləri birləşdirən və onlardan yan keçən nədir? Bu bütün göstəricilərin daimi artımıdır. Əgər siz axtarış nəticəsində saytın birinci yerdə qalmasını istəyirsinizsə, onda daimi olaraq məşğul olmaq lazımdır.


Siz istifadəçilərin bütün göstərişləri altında işləyirsiniz? Saytın məqsədinə və onun strategiyasına nəzarət edirsiniz? Əla, elə bu templə də davam edin! Verilən tapşırıqlar üzrə fəaliyyətin daimi təkrarlanması axtarış sistemlərində saytın mövqeyinə arzu olunan artımı verəcək və hətta daha çox! Əsas odur ki, sayt üzərində yorulmadan işləmək, davamlı olaraq sxemin təşviqinə istiqamətlənmək.