Beynəlxalq ətraf mühit təşkilatı Greenpeace 51 ölkədə 484 təmizlik işlərində 476 423 ədəd plastik tullantı toplayıb.
Greenpeace-in “Marka Yoxlama Hesabatı” (The Brand Audit Report 2019) ilə dünyanın fərqli bölgələrindən əldə etdiyi məlumatlarla ətraf mühiti ən çox plastik tullantılarla çirkləndirən şirkətlər müəyyən edilib.
Beləliklə, “Coca-Cola” 37 ölkədə 11 732 plastik tullantı ilə ətraf mühiti ən çox çirkləndirən şirkət müəyyən edilib. Qeyd edək ki, “Coca-Cola” ardıcıl 2-ci ildir ki, bu siyahıda birinci yerdədir.
Cola-nı “Nestle” və “PepsiCo” izləyir. Hesabatda yer alan digər çirkləndirici şirkətlər bunlardır: Mondelez International, Unilever, Mars, Procter&Gamble, Colgate-Palmolive, Phillip Morris International və Perfetti Van Melle.
Hesabatda okeanların ən çox Çin, Filippin, İndoneziya, Şri-Lanka və Vyetnamda çirklənməyə və plastik tullantılara məruz qaldığı qeyd edilir. Asiyadakı bu çirklənməyə əsl səbəb isə ABŞ və Avropa mərkəzli beynəlxalq markalardır.