“Nokia Rusiya”nın baş direktorluğundan gedən azərbaycanlı Rəşid İsmayılov haqqında yazmışdıq. Bu isə yazının davamı və onun haqqında hazırladığımız video çarxdır. Yazının əvvəlinə isə linkə klik edərək oxuya bilərsiniz.


Tikinti və əlaqə şəbəkəsinin inkişafı üzrə direktordan, 12 ölkənin birləşmiş olduğu “Rusiya-MDB” regionunun texniki dəstəyi xidmətinin direktorluğuna qədər.


2005-ci ildən qarşıdakı 5 il ərzində “Nokia Siemens Network Russia”nın əməkdaşı idi. O, Rusiya regionunda xidmətin idarəedilməsindən məsul idi. Həmçinin şirkətin biznes-vahidi idarəsinin tərkibinə daxil olmağı bacarır. Onun nəzarəti altında birləşdirilmiş Nokia Networks və Siemens Com-un şimal-şərq regionunda olan inteqrasiya olunan komandası da var idi. Bura Skandinaviya, Baltikyanı ölkələr, MDB və Türkiyə də daxil idi.


Daha sonra, “Huawei Technologies”in Rusiya regionunda (Rusiya, Ukrayna, Belarus, Ermənistan bura daxildir) şirkətində xidmət, alış, çatdırılmalar üzrə vitse-prezident vəzifəsini tutur.


2013-cü il yanvarın 14-dən isə Rabitə nazirliyinin beynəlxalq əməkdaşlıq və Rusiya Federasiyasının kütləvi kommunikasiyalar departamentinin direktoru postunu tutur. 2014-cü il avqustun 7-də Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar üzrə nazir müavini olub. Rabitə nazirliyi həmin il Rəşid İsmayılovu Nikolay Nikiforovun nazir müavini kimi təyinatını elan edib.


“Beynəlxalq münasibətlər üzrə direktor postunda Rəşid İsmayılov özünü məsuliyyətli rəhbər, qərar qəbul edən və işi ən yüksək yerə apara bilən şəxs kimi tanıda bildi”,-deyə sabiq nazir Nikolay Nikiforov deyib.


2018-ci il iyulun 18-də əvvəlki baş nazir Dmitriy Medvedev İsmayılovun xahişi ilə onu vəzifəsindən azad olunması ilə bağlı sərəncam imzalayır.


Spitsbergen arxipelaqında Rusiyanın mövcudluğunu təmin etmək üçün hökumət komissiyasının üzvüdür.


2018-2019


2018-ci ilin avsuqtun 31-də Rəşid İsmayılov “Nokia Rusiya”nın baş direktoru təyinatını alıb. Onun səlahiyyətinə “Nokia”nın Rusiyada fəaliyyətinin idarə edilməsi, strategiyanın reallaşdırılması, şirkətin mövqeyinin adıçəkilən bazarda möhkəmləndirilməsi daxil idi. Eyni zamanda, Rəşid İsmayılov “Nokia”nın Şərqi Avropada xidməti biznes-bölməsinə rəhbərlik edir.


2019-cu ilin iyun ayında məlum olmuşdu ki, “Nokia Rusiya”nın direktoru vəzifəsindən Rəşid İsmayılov imtina edib. Onu bu vəzifədə İqor Parfenov əvəz edəcək. Rəşid İsmayılov bunu başqa bir işə keçid ilə əlaqələndirib.


O, “Nokia”dakı vəzifəsi ilə bağlı demişdi:


“Mən, Nokianın Rusiya bölməsinə rəhbərlikdən dolayı şadam. Mən şirkətin biznesini Rusiyada komanda ilə birlikdə inkişaf etdirmək üçün sənaye və bazar biliklərimdən, satış və insan idarəçiliyi sahəsindəki təcrübəmdən istifadə edəcəyəm”.


Evlidir, 4 övladı var.