Rəşid İsmayılov, 54 yaş.


İsmayılov Rəşid Rüstəmoviç 1965-ci il noyabrın 2-də Bakıda dünyaya gəlib.


Təhsili:


O, ali təhsilini M.V. Lomonosov adına Moskva Dövlət Universitetində alıb. 1988-ci ildə həmin universitetin tarix fakültəsinin məzunu olur.


İkinci təhsilini Moskva Dövlət Texniki Universitetində alan Rəşid İsmayılov, 2007-ci ildə ikinci diplomunu alır.


Beləliklə, Rəşid İsmayılovun 2 ali təhsili var. Və universiteti “müəssisədə iqtisadiyyat və idarəetmə” ixtisası üzrə bitirib.İngilis, italyan, portuqal, türk dillərini əla bilir. Həmçinin ispan, alman, fransız dillərində də danışır.


Əmək fəaliyyəti:


O, 1988-1991-ci illər arasında o vaxtki Moskva Kimya Maşınqayırma İnstitutunda müəllim işləyir. Bundan sonrakı 7 il ərzində isə IT və konsaltinq xidmətləri üzrə ixtisaslaşan şirkətlərdə müxtəlif postlar üzrə çalışıb.


1998-ci illərdə o telekommunikasiya sahəsində karyerasını “Ericsson Rusiya” şirkətində başlayıb. 2005-ci illərə qədər o bu şirkətdə müxtəlif vəzifələrdə çalışır.


Qeyd edək ki, yazının davamına və mövzu ilə bağlı videoya yaxın zamanda baxa biləcəksiniz.