“Biz platformaların, rəqəmsallığın bizə verdiyi yenilikləri tətbiq etməsək gecikmiş qalacağıq. Bu bizim sonuncu şansımızdır”.
Facemark.az xəbər verir ki, bu haqda “Jugaad” şirkətinin rəhbəri Pərviz Azerelli Milli Marketinq Forumunda (MMF2019) “Dijital ol, Azərbaycan” mövzusunda çıxışı zamanı deyib.
“Biz hazırda post-neft erasını yaşayırıq. Ölkənin ÜDM-si hazırda 2014-cü illə müqayisədə 2 dəfə azdır. Dijitallaşma, bu bizim sonuncu şansımızdır. Dijitalı biz ağıllı, geniş şəkildə tətbiq edəcəyiksə, buna nail ola bilərik”.
Pərviz bəy, çıxışı zamanı deyib ki, dijitalda informasiyanın yeni olması olduqca vacibdir:
“Bu ölkədə informasiyanın əlçatanlılığının çətin olması səbəbindən biz dijitala münasibətimizi dəyişdik. 4 il bundan öncə, innovasiyalar sahəsində şirkət təsis etmişdik. İnnovasiya edə bilmədik, axırda gəldik kreativ agentlik olduq. Nəticədə, dijital aləm ilə daha yaxından tanış olmaq üçün dünyanın ikinci Silikon Vadisinə səyahət etdim.
Harda informasiya varsa, dijitalı da orda öyrənə biləcəyik. Dijital ən son yeniliklər ilə bağlı sahədir. Əgər informasiya yenidirsə, siz dijitalda nə isə edə biləcəksiniz. İnformasiya 1 il bundan öncə çıxıbsa, bu dijitalda artıq köhnədir.
Çünki Facebook, Instagram, Google-da hər gün alqoritm yenilənmələri baş verir. Siz bunları tətbiq etməsəniz, istədiyinizə nail ola bilməyəcəksiniz. Biz isə bunun arxasıyca Hindistana belə yola düşdük. Hindistanda bu yenilikləri öncədən bilirlər, çünki həmin şirkətlərin back ofisləri orda yerləşir. Bu yeni informasiya Türkiyə, Rusiya və s. daha gec çatır. Nəticədə, siz bu yeniliyi 1 il sonra tətbiq etsəniz, aciz qalacaqsınız”, - deyə çıxışı zamanı deyib.
Tam çıxışın davamına aşağıdakı videodan baxa bilərsiniz.