İlon Maskın gözlənilməz və hirsli xarakteri, onun böyük layihələri kimi hər kəsə tanışdır. Milyarder tənqidə qarşı dözülməzdir və qəzəb və peşmanlıq nəticəsində sosial şəbəkələrdə düşünülməmiş paylaşımlar edir.


Facemark.az-ın məlumatına görə, bununla belə Twitter və Facebook-da məşhur insanların dediyi sözlər ictimai bəyanat kimi qiymətləndirilir.


2018-ci ildə İlon Mask yad birinə pedofil deyib, indi isə böhtan üzrə iş üzrə o məhkəmə qarşısında cavab verməli olub. Söhbət ötən il baş verən hadisədən gedir. Belə ki, həmin vaxt güclü leysan yağışlarından sonra, taylandlı uşaqlar, məşqçi ilə birlikdə mağarada bloklanmış vəziyyətdə qalmışdılar.


Bu hadisə mətbuatda geniş işıqlandırılmışdı. İlon Mask isə həmin vaxt deyirdi ki, o mühasirədə qalan uşaqların xilası üçün hər bir köməyi göstərməyə hazırdır. Mühəndis onun müstəqil hazırladığı bir uşaq üçün nəzərdə tutulmuş mini gəmidən istifadə etməyi təklif etdi.


Uşaqların xilas edilməsində birbaşa iştirak edən Britaniyalı dalğıc Vern Ansbort CNN-yə verdiyi müsahibəsində İlon Maskın bu təklifini tənqid etmişdi. Bildirmişdi ki, o faciədən belə öz PR-ı üçün istifadə edir və mini gəmi istehsal edir. O, bu gəmini hara lazımdırsa, ora əlavə etsin demişdi. Məsələ burasındadır ki, xilasetmə əməliyyatının başçısı isə demişdi ki, qurğu uşaqların xilas edilməsi üçün praktiki deyil. Ona görə də xilasetmə əməliyyatı zamanı ondan istifadə olunmamışdır. Mühəndis dalğıcın onun haqqındakı tənqidlərinə biganə qalmadı və özünün Twitter hesabı üzərindən bildirdi ki, uşaqların xilasetmə əməliyyatı zamanı o Britaniya ekspatından heç kimi görməyib.


Taylandlı dəniz pişiklərinin özləri bizi mağaraya qədər ötürdü. Bu bizi rəsmən ordan uzaqlaşdırmaq idi. Həmçinin o Ansvortdan xilasetmə zamanı çəkilən videonu göstərməyi istədi. Sonuncu tvitində o videonu ona göndərilməsini gözləməmək qərarı aldı və onlardan videonu tələb etdi.


“Bilirsən nədir, videonun axtarılması ilə məşğul olma. Biz öz sualtı gəmimizi hazırladıq ki, mağaraya problemsiz daxil olunsun. Bağışla pedofil, özün istədin”, - deyə milyarder demişdi. Həmin vaxt sosial şəbəkənin istifadəçilərindən biri ondan “Nə üçün yad birinə pedofil?” deyirsən deyə soruşmuşdu. Mask isə cavabında demişdi ki, dollara mərcə girərəm ki, bu belədir. Daha sonra İlon Mask öz tvitini sildi, amma bu artıq bir çox KİV-in arxivinə çoxdan düşmüşdü. Vern Ansvort isə özünü itirmədi və onu böhtan üzrə iş üzrə məhkəməyə verdi.


Vern milyarderdən 75 min dollar dəyərində kompensasiyanı tələb edir və məhkəmədən istəyi də o idi ki, Maska internetdə başqa insanların şərəf və ləyaqətini alçatan şərhlər etməsi qadağan edilsin. Maskın hüquqşünası isə isə məhkəmədə çıxışında isə deyib ki, İlon Maskın belə tvit atmasına dalğıcın sözləri səbəb olub və qeyd edib ki, sosial şəbəkədə yazılan sözləri böyütməyə ehtiyac yoxdur. Məhkəmə isə dalğıcın iddialarını faktların azlığından dolayı geri çevirib.


Amma İlon Mask 2019-cu il oktyabrın 22-sində onu sorğu-suala tutan iclasda iştirak etməli olacaq.