British Airways aviaşirkəti bmi şirkətini öz biznes strukturuna birləşdirməkdə davam edir. Beləliklə, 2012-ci ilin qışından etibarən Bakı-London aviareysi British Airways-in marşrut şəbəkəsinə daxil ediləcək. Uçuşlar bmi aviaşirkətinin keçmiş marşrutu ilə, həftədə 7 dəfə, A321 təyyarəsi vasitəsi ilə həyata keçiriləcək. Aviareysi British Airways şirkətinin hava ekipajı idarə edəcək, bu isə yüksək səviyyəli xidmətə zəmanət deməkdir. İşgüzar səfərə və yaxud istirahətə yollanan müştərilər Londondan dünya üzrə yüzlərlə istiqamətlərə çıxış əldə edəcəklər.
British Airways, həmçinin, oktyabrın 28-dən etibarən, bmi aviaşirkətinin Əmman, Almatı, Beyrut və Fritaun şəhərlərinə keçmiş reysləri üzrə qış cədvəlini elan edəcək. Üstəlik, oktyabrın 13-dən British Airways-in marşrut şəbəkəsinə Tbilisi şəhərinə birbaşa aviareys əlavə olunacaq. Bütün uçuşlar British Airways aviaşirkətinin heyəti tərəfindən həyata keçiriləcək.
Eyni zamanda, şirkət 7 yeni aviareysin uçuş cədvəlinə qatılmasını bəyan edib. Hitrou hava limanından Seul, Alikante, Lids Bredford, Rotterdam və Zaqreb şəhərlərinə, Qetvikdən isə - Las-Veqas və Barselona şəhərlərinə hava yolu açılacaq.
“Qiş cədvəlini bəyan etməyimizdən çox məmnunuq. Xidmətlərimiz sayəsində Azərbaycandan yollanan sahibkarlar və turistlər British Airways aviaşirkəti, onun Londondan keçən qlobal hava şəbəkəsi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Sərnişinlər uçuşa 24 saat qalmış onlayn rejimində yerlərini seçib qeydiyyata düşə, 23 kq-dək yük keçirə bilərlər. Üstəlik, təyyarənin göyərtəsində sərnişinlərə ləziz yeməklər təklif olunacaq”, - British Airways aviaşirkətinin Orta Şərq üzrə regonal kommersiya Direktoru Paolo de Renzis deyib.
bmi təyyarlərinin daxili və xarici görkəmlərinin British Airways-ə məxsus üsluba keçirilməsi 2013-cü ilin əvvəlinədək davam edəcək. А321 uçaqı «World Traveller» salonuna malikdir: müasir audio/video texnika, oturacaqın söykənəcəkində televizor və «Club World» yataq salonu. British Airways müştərilərinə, təyyarədən asılı olmayaraq, aviaşirkətin nüfuzuna uyğun, keyfiyyətli xidmət göstərəcək.
bmi-dan British Airways-ə keçid mərhələsində uçuş cədvəlləri və hava xəttləri terminalları dəyişəkliyə uğrayacaq. Daha ətraflı məlumatı ba.com/managemybooking saytında əldə etmək mümkündür.
Redaktorların nəzərinə:
- Dolğun məlumat üçün lütfən www.ba.com saytına müraciət edin.
- British Airways-in uçuş cədvəllərindəki dəyişikliklər, təsdiq olunmadan sonra bir neçə gün ərzində ba.com saytında göstəriləcək.
· Aviaşirkət cədvəl və terminal haqqında ən son məlumatları əldə etmək üçün müştərilərə ba.com/managemybooking saytında uçuşlara qeydiyyatdan keçməyi tövsiyyə edir.
British Airways haqqında:
- British Airways – marşrut şəbəkəsi 75 ölkəni, 150 istiqaməti əhatə edən irimiqyaslı beynəlxalq aviaşirkətdir.
- British Airways hər il bütün dünya üzrə 36 milyona yaxın sərnişin daşıyır.
- Aviaşirkət, əksəriyyəti uzun məsafəli uçuşlar üçün tam münasib 4 salon seçməyi təklif edir.
- British Airways yeni təyyarələr, salonlar, texnologiyalar və marşrutlara daim maliyyə vəsaitləri ayırır.
- Həm göyərtədə, həm yerdə maksimal komfort yaratmaq məqsədilə aviaşirkət qarşıdan gələn 5 il ərzində yeni təyyarələr, “ağıllı salonlar”, zərif dizayn və yeni texnologiyalara 5 milyard funt sterlinq həcmində vəsaiti ayırmaq niyyətindədir.
Əlavə məlumat üçün müraciət edin:
Red Communications PR and BTL Agency
Murtuza Muxtarov küç., 201, Karat Plaza
Тel: (+99412) 436 85 09
(+99412) 436 90 67
Email: info@redcom.az