çərşənbə axşamı, 20 oktyabr 2020

MMF2019-un layihə meneceri: “7 il keçsə də, komandamız eyni həvəslə davam edir”

1852

“Milli Marketinq Forumu (MMF2019) artıq 7-ci ildir ki, təşkil edilir. İlk dəfə 2013-cü ildə Marketinq AİR-in təşkilatçılığı ilə baş tutub. Amma yenə də komanda bütöv, eyni formada və eyni həvəslə davam edir. Bu il isə Forum 24-25 May tarixlərində “Hünər Lisey”ində keçiriləcək. 24 mayda 3 panel, 25 mayda 2 panel olmaq üzərə baş tutacaq. Bundan başqa, biz bu il 5 panel nəzərdə tutmuşuq, hər biri haqqında ayrı-ayrılıqda məlumat verəcəyəm. Spikerlərimizin sayı isə dəyişkəndir. Bəzi panellərdə 3 spiker 1 moderator, bəzilərində isə 4 spiker 1 moderatorun şahidi olacaqsınız”.

Bu barədə facemark.az-a MMF2019-dan danışan forumun layihə meneceri Nəzrin Məmmədova deyib.

Onun sözlərinə görə, bu il Milli Marketinq Forumuna müasir dövrün tələbini nəzərə alaraq YENİ PANEL əlavə edilib:

“Builki forumun əsas özəlliyi əvvəlki illərdən fərqli olaraq, yeni panelin əlavə olunmasıdır. Bu isə trendlər paneli adlanır. Paneldə çıxış edəcək spikerlər son bir il ərzində (2018-2019-cu il ərzində) Azərbaycanın marketinq sahəsində hansı mövzular, hansı şirkətlər trend olubsa, onun haqda danışacaqlar.

Trendlər panelinin moderatoru marketinq sferasında çox insanın tanıdığı, bu yaxınlarda yeni mağazası açılacaq “Mutfakçı Mobilya”nın və “ForHome”, “Belissa” mağazalar şəbəkəsinin rəhbəri İlkin Manafov olacaq. Daha sonra həmin panelin spikeri “Street food” restoranının CEO-su və bir sıra başqa sahibkarlıq fəaliyyəti ilə də məşğul olan Fuad Ağayevdir. 3-cü bizim həmin paneldə olacaq spikerimiz “Jugaad” şirkətindən Pərviz Azerellidir. 4-cü spikerimiz isə Araz Marketlər Şəbəkəsinin satış departamentinin rəhbəri Alpaslan Öztaşdır. Onlar son 1 il ərzində onların çalışdıqları şirkətin trendlərindən və rəhbəri olduqları müəssisələrin marketinq sferasının dəyişən yeniliklərinə necə ayaqlaşmasından danışacaqlar”.

O, bu il yüksək ajiotajla qarşılaşacaq paneldən bəhs etməyi unutmayıb:

“Növbəti panelimiz MMF tarixində çox məşhur panellərdən biri olan İstehlakçı Davranışı panelidir. Bizim Forumun məhz bu panelinin digər marketinq forumlarının panellərindən fərqi odur ki, burda sırf yerli istehlakçı davranışları müzakirə olunur. Onların Azərbaycan bazarında istehlakçılar və istehsalçılar arasındakı münasibətindən söhbət gedir. Bu panelin 4 spikeri və 1 moderatoru var. Panelimizin moderatoru marketinq sektorunda kifayət qədər tanınan, çoxçeşidli partnyor şəbəkəsinə malik olan “SAT Group” şirkətinin direktoru Azad Qəhrəmanovdur. Bu panelin spikerlərindən biri “GOCREATİVE Agency”nin rəhbəri İslam Rizayevdir. 3-cü spikerimiz “Xəzər Universitet”ində fəsəfə üzrə doktor Mail Yaqubdur. “Modern Group” şirkətinin Planlama müdiri Cəbrayıl Vəliyev, “PAŞA Life” sığorta şirkətindən Vüsal Nağıyev də spikerlər arasındadır. Olduqca zəngin paneldir və bizim proqnozlarımız belə göstərir ki, ən ajiotajla qarşılanan panellərdən biri olacaq”.

Nəzrin Məmmədova deyir ki, Marketinq Forumunu Rəqəmsal Marketinq panelsiz təsəvvür etmək olmazdı:

“3-cü panelimiz Rəqəmsal Marketinq olacaq. Təbii ki, Marketinq Forumunda Rəqəmsal Marketinqsiz keçmək olmazdı. Elə buna görə də, biz bu sahəyə panel olaraq yer ayırmışıq. Bu panelin moderatoru, olduqca geniş təcrübəyə malik olan Labrin.Net şirkətinin həmtəsisçisi Şaiq Muradovdur. “Fil Agency”nin direktoru Aysel Cəbrayılova panelin spikeri olacaq. O, da uzunmüddətli təcrübəsinə dayanaraq çıxış edəcək. Belə demək mümkünsə, rəqəmsal marketinq panelinin ən çox faydalı çıxışlarından biri kimi onu gözləyirik. “Step İT Academy” Ağarəhim Poladov, 4-cü spikerimiz isə “Kapital Bank”ın Rəqəmsal Marketinq Şöbəsindən, mütəxəssis Nümrəddin Huseynov də MMF 2019-da bizimlə olacaq”.

Layihə meneceri deyib ki, növbəti paneldə istehlakçı və istehsalçı arasındakı kommunikasiyadan bəhs ediləcək:

“Növbəti panelimiz Marketinq Kommunikasiyaları olacaq. Bu panelimiz də 4 spiker 1 moderatordan ibarətdir. “Hüner Group”un PR və marketinq departamentinin direktoru, çox geniş təcrübəyə malik olan Nəsimi Paşayev moderatordur. Növbəti spikerimiz “Embawood” şirkətinin marketinq departamentinin rəhbəri Pərviz Əzimovdur. “Azercell” şirkətindən, ekspert Nərgiz Tağıyeva bu paneldə olacaq. Daha sonra, ADA Universitetindən Şəfəq Mehrəliyeva və “Lalafo” şirkətinin Azərbaycan üzrə direktoru Müşviq Həsənov panelin spikerləri arasındadır. Əlavə edim ki, əsas hədəf müasir kommunikasiyalar olacaq və ona fokuslanacaqlar”.

N.Məmmədova deyir ki, yerli marketinqlə maraqlananlar MMF2019-da Milli Keyslər panelini qaçırmamalıdır:

“Növbəti panelimiz Milli Keyslər panelidir. Burada digər panellərdən fərqli olaraq 3 spiker 1 moderatorumuz olacaq. Moderatoru “Modern Group” şirkətinin direktoru Anar Bayramov olacaq. Spikerimiz “Technol” şirkətindən Elvin Hacıyev, “Smart Hotel Management”in CEO-su Ceyhun Aşurov və “Kasko Butik”dən Xəyal Məmmədxanlı olacaq. Milli keyslər sırf Azərbaycan bazarında olan milli keyslərdən bəhs edəcək. Yerli marketinqlə maraqlanan insanlar üçün olduqca maraqlı panel olacaq”.

O, deyib ki, proqnozlarımıza görə, bu il Foruma ən azı 500 nəfər qatılacaq:

“Bilet satışlarımız hər il olduğu kimi bu il də artım göstərməkdədir. Satışlarımız qaydasında gedir. Təcrübələrimizə dayanaraq deyə bilərik ki, son həftələrə qalmış bilet satışlarında yüksək artım hiss edilir. Bu il 500 nəfərlik zalımız mövcuddur bu isə o deməkdir ki, foruma ən azı 500 nəfər insan qatılacağını proqnozlaşdırırıq. Fərqli şirkətlərdən fərqli nümayəndələr gözləyirik”.

Layihə meneceri spikerlərin necə seçilməsindən də bəhs edib: “Bilirsiniz ki, bizim təşkilatçılarımız Marketinq Sferasında öz sözünü demiş, bu sahə ilə yaxından əlaqəsi olan insanlardır. Spikerlərimiz təşkilatçıların analizi və və aparılan gizli sorğu nəticəsində seçilib və onların Forumda iştirakına qərar vermişik”.

O, əmin edib ki, Hüner Liseyinin konfrans zalı heç də texniki imkanlarına görə, digər yerlərdən geri qalmır. Layihə meneceri deyib ki, “Hünər Liseyi”nin ünvanını bizdən çox soruşurlar: “Qeyd edim ki, lisey 20 Yanvar metrosuna yaxın, 20 Yanvardan Tbilisi prospektinə gedən yolun üzərində yerləşir. Daha dəqiq Bakı şəhəri, Yasamal Rayonu Həsənbəy Zərdabi prospekti 81K”.

Nəzrin Məmmədova əlavə edib ki, son paylaşımlarımızı, yeniliklərimizi Forumun “Facebook” səhifəsindən, saytımızdan “Marketinq Azərbaycan” qrupundan öyrənə bilərsiniz.

Qeyd edək ki, ötən ildən fərqli olaraq qiymətə 2 gün, 2 nahar daxildir.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün