Fevralın 23-də baş tutan SAT Forum çərçivəsində “Fil Agency”nin direktoru Aysel Cəbrayılova “Dijital platformalarda satış” potensialından danışıb.


Aysel Cəbrayılova deyib ki, bazarın lider oyunçusuna çevrilmək üçün qaydaları çox yaxşı bilmək lazımdır: “Bu qaydalar isə daimi dəyişir. Necə dəyişir? Bu gün bu haqda danışacağam”.


O, çıxışı zamanı bildirib ki, bu gün şirkətlərin potensial müştəriləri dijital, onlayn platformalara keçid edirlər:


“Azərbaycanda çox sürətli şəkildə internet istifadəçilərinin sayı artır. Demək olar ki, bu gün əhalininin 73%-nin gündəlik internetə çıxış imkanı mövcuddur. Bu göstəricilər isə ildən-ilə artır. Artıq şəhərlərdə deyil, regionlarda da artım müşahidə edirik. Bu o deməkdir ki, sizin potensial müştəriləriniz dijital, onlayn platformalara keçid edirlər”.


Direktor Forumda çıxışı zamanı reklam etmədən satış etmək olarmı?, reklamı harada etmək olar? kimi yarana biləcək suallara da aydınlıq gətirib:


“Getdikcə hər şey mobilləşir. Siz mobili daha ön plana çıxarmalısınız, saytlarınız ona cavab verməlidir. Mobildə rahat izlənməlisiniz. Azərbaycanda bu gün ən çox giriş sayı olan platforma "YouTube”dur. “YouTube” “Google”dan sonra insanların məhsul və xidmətlərini axtardıqları ikinci platformadır. Öz ehtiyaclarını onlayn platformalarda axtarırlar. Dijital, həmçinin şirkətlərə öz müştərilərini hədəfləməyə (yaşından, cinsindən, maraq dairəsindən asılı olmayaraq) imkan verir”.


Onun sözlərinə görə, biz dijitalçılar insanları dövrlərə görə bölmüşük: “Biz insanların istehak davranışları dəyişib. Dijitalçılar insanları bir neçə nəslə ayırıb. Məsələn, X nəsli - 60-80-ci illər arası insanları, Y-81-95, Z-96-dan sonrakılar aiddir. Bu nəsilləri texnologiya ilə uyğunlaşdırırıq. Bugünkü nəsil isə sırf dijital ilə böyüyür. Bu gün siz satış planlayırsınızsa, sizin müştəriləriniz 3 nəsildən biridir. Yaxud da onların birləşməsidir.


1-Sizin saytınız, sosial şəbəkləriniz auditoriyadan asılı olaraq olmalıdır. Auditoriyanız hardadısa, orada olmalısınız. İndi insanlar düşünür ki, həmin şirkətin saytı yoxdursa, o ciddi şirkət deyil. Buna görə də onlar məhsulun alışından yayına bilərlər;


2- Davamlı olaraq orada aktiv iştirak etməlisiniz. Onlar üçün maraqlı kontent yaratmalısınız, seçilməlisiniz. Satış olan reklamlarda əsas rolu, kontent, vizual rol oynayır;


3 -Satış prosesini idarəetməlisiniz


Dijitalda hədəf auditoriyanızı özünüz seçirsiniz, sizin müştərilər kimdir, kimə öz məhsul və xidmələrinizi satmaq istəyirsiniz. Bundan sonra, siz həmin izləyicilərin qarşısına kontent ilə çıxırsınız. Bu video, şəkil və s. ola bilər. Amma fikir verməlisiniz ki, bunlar yeniliklər olsun, təkrar şəkilin üzərinə çoxlu yazı yazmaqla, öz büdcənizi israf etmiş olursunuz. Çünki bu halda reklam sizə daha bahalı başa gələ bilər”.


Direktor çıxışının sonunda 2019-cu ilin dijital trendlərindən də danışıb:


1- Video həmişə trend olacaq. Yaxın 2 ildə ona rəqib görsənmir. Məzmunlarınızı şəkildən daha çox videoya keçirin. Videolar ilə siz məhsul və xidmətləriniz haqqında daha ətraflı məlumat verə bilirsiniz. Həm də daha ucuz reklama gedir. Söhbət burada, 1, 20, 30 dəqiqəlik videolardan getmir. İnsanlar ilk 3 saniyəyə qədər videoya baxırlar, amma 10 saniyəyə qədər də bu göstərici yüksələ bilir. Əgər videonun dəqiqəsi çoxdursa, siz ilk saniyələrdə artıq o mesajı verməlisiniz ki, potensial müştəri sizin videonu axıra qədər izləsin.



2- SEO - İnsanlar sizi axtarış platformalarında rahat tapmalıdır.


3-Mobile marketinq - Prioritet olaraq saytınızı, sosial şəbəkələrinizi, dizayn, mətn, videonun saniyəsini; hamısını mobilə uyğun edirsiniz.


4-Omnichannel - Öz marketinq strategiyanızı bir neçə kanaldan idarə etməlisiniz. Hədəf onsuz da sizin daha çox satmağınızdır.


5-Avtomatlaşdırma - Burada Chat Botlar gəlir. Siz hər dəfə, suallara tək-tək cavab vermirsiniz. Hazır şablonlarınız olur, son anda isə ünsiyyətə siz müdaxilə edirsiniz.


6-Artırılmış virtual reallıqlar – Bu ölkəmizdə keçən il bir müddət oldu, sonra dayandı.


7-Növbəti trend kimi isə “Fil Agency”ni qeyd etmişəm. Nə vaxt istəsəniz, bizim ofisimizə qonaq gələ bilərsiniz, müzakirə apara bilərik.


SATIŞLARINIZ BOL OLSUN!