“Natura Siberica” kosmetika brendi şüşə su buraxmağa hazırlaşır.


Facemark.az-ın məlumatına görə, bu barədə Vedomostiyə şirkətin rəhbəri və sahibi Andrey Trubnikov deyib.


Sular yeməkxana üçün nəzərdə tutulub, qazsız, şüşə 0,33 və 0,75 litrlik butulkalarda olacaq. “Sular Kuril adası Kunaşir (Natura Siberica-nın orqanik fermasının yaxınlığında) əldə ediləcək və şüşələnəcək”, - deyə şirkətin nümayəndəsi Vitaliy Kozlenkov deyib. Hazırda zavod layihələşdirilir və şüşə sular üçün dizayn hazırlanır. Layihəyə investisiya 200 milyon rublu ötə bilər.


Qeyd etmək yerinə düşər ki, “Natura Siberica” Rusiyanın orqanik kosmetika brendidir. Mağazanın şəbəkələri təkcə, Rusiya və Danimarkada deyil, eyni zamanda Yaponiya, Çin, İngiltərə, Almaniya, Fransa və digər ölkələrdə mövcuddur. 2013-cü ildə isə şirkət şəxsi fermanın tikintisinə başlayıb. Burada kosmetikaların hazırlanmasında istifadə olunan bitkilər yetişdirilir.