Şirkətdə kadr siyasətinin formalaşdırılması və korporativ ruhun yetişdirilməsi, effektli əmək haqqı və motivasiya sistemini düzgün yaratmaq, işçilərlə doğru münasibətləri formalaşdırmaq və onları davamlı inkişaf etdirmək 28 yanvar başlayacaq Peşəkar HR kursunda 10 təlimdən ibarət olan kurs Xəqani Səfərovun bələdçiliyi ilə keçiriləcək.


Facemark.az-a “SAT Group” şirkətindən verilən məlumata görə, İR mütəxəssisin iş başında istifadə edəcəyi bilgilər praktiki təlimlər sayəsində qısa müddətdə mənimsənilir.


Şirkətdə kadr siyasətinin formalaşdırılması, iş analizi metodları, vəzifə təlimatlarının hazırlanması, karyera planlaması, işə qəbul prosesi, performans idarəetmə sistemi, əməkdaşların inkişaf etdirilməsi, motivasiya sistemləri, əmək haqqının formalaşması, rəsmi əməliyyatlar, kargüzarlıq və digər vacib mövzular peşəkar təlimçi tərəfindən tədris olunur.


Kurs kimlər üçündür:


İnsan resurları mütəxəssislər


Bu sahədə çalışmaq istəyən şəxslər


Qrupda iştirakçı sayı: 15 nəfər


Kursun qiyməti: 1 nəfər üçün 450 manat


Ödənişə daxildir:


10 təlim


Təlim kitabçaları və sertifikatların təmini


Təlim materialları (slaydlar)


Çay, şirniyyat


Təlimlər həftədə 2 dəfə olmaqla (1 və 3-cü günlər) 1 ay müddətində axşam saat 19.00-21.00 arası keçiriləcək.


Təlimçi Xəqani Səfərov haqqında


Almaniyada intensiv top menecment kursununun məzunudur.


“Ulduz” şokolad Fabriki, Araz Supermarketlər Şəbəkəsi, Oba Chain MMC, Spar International, Gilan FMCG Trade and Distribution MMC şirkətlərində İnsan Resursları Departament Direktoru, Gilan Holdinq İnsan Resursları Departamentində menecer vəzifələrində çalışmışdır. Hal-hazırda Avrora Şirkətlər Qrupu Təşkilati inkişaf və İnsan Resursları Departamenti Direktorudur.


Eyni zamanda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistr tələbələri üçün İnsan Resursları fənnini tədris edir. Yerli firmalarda biznes konsultant kimi fəaliyyət göstərir. KPI əsaslı əmək haqqının formalaşması, effektiv sistemlərin qurulması, sistemli idarəetmə modellərinin yaradılması ilə bağlı məsləhətçisi kimi çalışır. Bir çox sahələr üzrə ixtisaslaşmış mütəxəssislərə iş tələblərini ödəyən, o cümlədən idarəetmə, şirkət etikası, əməkdaşlarda şirkət ruhunu və şirkət bütövlüyünün aşılanması mövzularında təlimlər keçir. “İş etikası” və “Şirkətlərdə korporativ ruh”, mövzularını akademik araşdırır. “xaqanisafarov.com” ünvanında bloqu fəaliyyət göstərir.


Təlimçi haqqında ətraflı məlumat:


http://xaqanisafarov.com/