Dünyanın ən böyük texnologiya sərgisi CES 2019 qapılarını açır. Sərgi çərçivəsində bir çox yeni texnoloji cihazlar ilə tanış olacağıq. Bəs CES 2019-da ən çox hansı məhsulları öz “sözünü” deyəcək?


Facemark.az xəbər verir ki, hər il ABŞ-ın Nevada əyalətindəki Las Veqas şəhərində Məişət Elektronikası Sərgisi (Consumer Electronics Show) baş tutur. Hazırlıqlar onu göstərir ki, bu il də sərgi öz işi dinamikliyi ilə yadda qalacaq.



Bu il də yeni noutbuklar, telefonlar, paltaryuyan maşınlar, robotlar, hətta əşyaların daha çox “ağıllandığı” fərqli bir sərgi ilə qarşı qarşıya olacağıq. Son aylarda tez-tez haqqında danışılan televiziyalardakı 8K texnologiyası, CES 2019-un əsas mövzularından biridir.


8K TV




Bu texnologiyadan istifadə edən yeni nəsil televiziyalar ilk dəfə bu sərgidə nümayiş olunacaq. Bundan başqa, 120 FPS-yə qədər dəstək verən TV-lərdə vitrində olacaq. Digər texnologiya isə 5G olacaq. 5G-ni dəstəkləyən bir çox cihaz sərgidə yerini alacaq. Hətta yeni nəsil USB Type-C dəstəkli qulaqcıqlar, ekranı qatlanan telefonlar da sərginin maraqla qarşılanan məhsulları arasında olacaq.



Qeyd edək ki, sərgi bu gündən yanvarın 11-ə qədər davam edəcək.