İsveç şirkəti H&M satışların düşdüyünə görə, “Cheap Monday” brendini bağlayır. Reallaşdırma ənənəvi topdan satış biznes-modulu üzrə icra olunurdu və sahə dəyişikliyin baş verməsinə görə, marka ciddi problemlə üz-üzə qalıb.


Facemark.az-ın məlumatına görə, bu barədə şirkətin saytında qeyd olunub.


Məlumata görə, brend 2019-cu il iyulun 30-da ləğv ediləcək. “Cheap Monday” geyimləri Avropanın 17 ölkəsində satılır və satışlar artıq 2018-ci ilin dekabrın 31-də bağlanacaq Londondakı ən dəbli mağazada həyata keçirilirdi. Rusiyada bu markanın məhsullarını “Lamoda.ru” onlayn-mağazası üzərindən əldə etmək mümkün idi.


Qeyd etmək lazımdır ki, H&M “Cheap Monday”dən başqa, “Monki”, COS, “Arket”, “Weekday” və “Other Stories” kimi markalara da sahibdir. Keçən ilin sonunda məlum oldu ki, şirkət satışların aşağı düşməsinə görə, oflayn mağazalarından bəzilərini bağlayacaq və onlayn mağazaların yaradılmasına fokuslanacaq.


H&M -in 2017-ci ili əhatə edən hesabatında isə qeyd olunmuşdu ki, şirkətin satışları 2016-cı illə müqayisədə 4% azalaraq 5,1 milyard avroya çatıb.