Bəşəriyyətin ən böyük kəşflərindən biri PULDUR. Natural təsərrüfat sisteminin qalın qala divarlarının altından lağımları da Çin ixtirası olan barıt deyil, pul qazdı və qəsrlərin üzünü kapitalın üzünə taybatay açdı.


Birincisi, pul tərəqqinin silahdaşıdır və necə adlandırırsınız adlandırın, lap bitdi koin, tarakanlı koin olsun, fərqi yoxdur, yenə də eyni funksiyanı yerinə yetirəcəkdir.


İkincisi, kosmosda bilmirəm, Yer kürəsində cəmiyyət həyatı mübadiləyə məhkumdur və mübadilə də elə bir təbii prosesdir ki, mütləq ekvivalentə ehtiyac duyur.


Üçüncüsü, pul inkişafın ən etibarlı alətidir. O, həm stimulyatordur, həm motivatordur, həm də qıcıqlandırıcıdır.


Dördüncüsü, pul tərəfdaşdır, dostunu tez tanıyır, düşmənini də...


Beşincisi, pul, həm tərəqqiyə xidmət edir, həm də tənəzzülə... Seçim onun deyil. Pul vicdan əzabı çəkmir, emosional deyil.


Altıncısı, YARADICILIQ isə bunun tam əksinə fəaliyyət göstərir. Pula qarşı güvənsiz və qısqancdır. Yaradıcılıq xudbindir, eqoistdir, təkəbbürlüdür. Pula sevgisi ilə nifrəti arasında bir qarış yol var.


Pul isə, əksinə, yaradıcılığı, hərəkətliliyi, cəsarətli fikirləri və planları sevir. Pulun üfiqləri genişləndirməyə ayrı bir həvəsi var, gözəl və sağlam ideya üçün “sinov” gedir.


Amma bir gözəl həqiqət də var ki, pul ilə yaradıcılığın üzvi vəhdəti böyük layihələrə silinməz imza atmağa imkan verir. Gəl ki, yaxşı ideya yoxdursa, pul da pul funksiyasında heç nə edə bilməz. Və əksinə. Yaxşı ideya mövcuddursa belə, hətta möhtəşəmdirsə də, pul olmadan onun həyata vəsiqə alması boş xülyadır.


Yaradıcı insan komfort zonasında olmamalıdır. Lakin ehtiyac içində də yaşamamalıdır. Yaradıcı adamın işi ictimai dəyərə və mülahizəyə ehtiyac duyur. Odur ki, bu işin ərsəyə gəlməsinə istismarçı mövqeyindən yanaşılmamalıdır. Bu zaman işin ictimai faydalılığı və publik dəyərliliyi ön plana çəkilməlidir. Yaradıcılıq və yaradıcı insanların şəxsində qənaət əslində bağışlanmaz israfçılıqdır.


Şahmatda suksvanq deyilən bir situasiya var. Yəni, istədiyin qədər gediş var. Amma heç biri perspektivə malik deyil. Aqoniyanı uzatmaq üçün bu gedişlər edilir ki, bəlkə rəqib seytnota düşə və məğlub ola...


Ciddi şeylərdə bəlkəyə bel bağlamaq xülyadır. Hərbdə isə buna bir başqa formula kimi dəyər verirlər. Əgər sən qələbə qazanacağını bilmirsənsə, heç olmasa, məğlub olma. İlk baxışda gözəl səslənir. Qalib gələ bilməmək əslində məğlubiyyətdir. Hərbdə heç-heçə olmur...


Yaradıcılıq baxımından yanaşsaq, hər bir addım əslində özü-özlüyündə məğlubiyyətdir. Çünki hər şey olmadığı yerdən yaradılır.


Amma əvvəlcədən yaratmaq istəyinin ideyadan yaradılacağa nəyə isə maddiləşəcəyi transformasiyası gerçək perspektiv kimi vəd edilə bilməz. Ən böyük sənətkarların dahiliyi onların nə alınacağına əvvəlcədən vəd verməmək kimi etiraflarıdır. Bax, bu etirafın özündə unikal bir şey alınacağının zəmini var.


Odur ki, yaradıcılığa vəsait xərcləmək heç kimin ürəyincə deyil. Azsaylı filantroplar isə pul qazanmaq xatirinə deyil, pulu əyləncəli xərcləmək və bununla da ortaya çıxa biləcək nəyinsə şöhrətindən pay almaq xatirinə sənətə pul yatırırlar. Onlar sənətin nəticəsinin əmlak qarantiyası kimi kolleksiyaya cəlb olunmasından deyil, iş adamı kimi prosesin özündən daha çox zövq alırlar. Lakin daşınmaz əmlaka çevriləcək həmin əsərin ortaya çıxması üçün pul kisəsinə həmişə ehtiyac var və olacaq da...


Amma reklam yaradıcılığında xərclənən pullar heç də daşınmaz əmlaka qoyulan pul deyil. Burada çalışan insanlar da daha çox konkret biznes marağını ön plana çəkir və marketinq strategiyası çərçivəsində konkret taktiki addımlara konkret məbləğ xərcləməklə konkret əvəz gözləyirlər.


Salvador Dali müəyyən bir dövr ərzində reklama bağlı olub. Onun maraqlı işləri indiyə qədər aktuallığını itirməyib. İllər ötəndən sonra belə onun vitrin tərtibatları ilə bağlı çox sayda uğurlu işləri kolleksiyalara düşüb. Dali özü bir çox işlərini sifarişçilərdən geri almaq istəsə də, bu arzusu arzu olaraq qalıb.


Heç kəs o işləri geri satmaq istəməyib. Bunları ona görə söyləyirik ki, yaradıcılıq sözün birbaşa mənasında digər ciblərdən və onların nazından asılıdır. Çox nadir hallarda yaradıcılıq yalnız emosional müstəvidə pulsuz olaraq mükəmməl sənət əsərləri meydana çıxması ilə yekunlaşıb. Ən uğurlu işlər pul və yaradıcılığın vəhdətindən doğur və mütləq dərin izlər buraxa bilir.





Bütün hallarda pul və ideya, yaradıcı təxəyyül və maddi dəstək üzvi vəhdətə, harmoniyaya ehtiyac durur. Bəzən kiçik büdcə ilə də uğurlu iş ortaya cıxarmaq olur. Amma ona dəstək verilsə, iş qat-qat uğurlu ola bilərdi.


Bizim işimizdə, təəsüflər olsun ki, sifarişçilərin faydalı iş əmsalı məhz büdcəni kiçiltməklə ölçülür və kiçik büdcə ilə bu işi gördük deyənlərdən heç biri kiçik “biz büdcə ilə böyük ideyanı hakimin qərarını gözləmədən güllələdik demir...”


Mən onlarla kifayət qədər perspektivli və yaxşı fikirlərə dair layihələrin necə amansızlıqla arxivə göndərildiyini ürək acısı ilə seyr etməli olmuşam. Bəs niyə dözmüşəm?
Bilirsiniz, çox gözəl bir deyim var. Hətta onu qəbul etməyənlər də var. Amma bu fikir çox ciddi münasibətə ehtiyac duyur və biz bu qənatlə barışmağa məhkumuq. Belə ki, Müştəri haqlı olmayanda belə haqlıdır. Çünki bizim maaşımızı da, yatırımımızı da və hətta ən yuxarıda duran şirkət rəhbərinin də əmək haqqını, qazancını, məsrəflərini müştəri verir və biz özümüz də müştəriyik.


Deməli, pul və yaradıcılıq, maddi və mənəvi tərkib hissələri, ideya və motivasiya ayrılmazdır, bir-birini tamamlayır və uğur üçün zəmin yarada bilir.


İkincisi, ideya maddi dəstək olmadan, pul isə ideya olmadığı yerdə amorfdur, durğundur, statikdir, işlək deyil, struktural roldan uzaqdır.


Üçüncüsü, yaradıcılıq bəzi hallarda sırf fitri istedada dayanıqlı olanda uğurlu işlər ortaya çıxa bilir, amma bu işlər maliyyə yüklü olmur, böyük və sosial tutumlu, xüsusilə də satışa dəstək məqsədli reklam aksiya və kampaniyaları pulsuz halda sudan kənarda çapalayan balığı xatırladır.


Dörüncüsü, yaradıcılıq özü ideyaya dayanıqlı olduğundan, eksperimentlər və digər sınaqlar dövründə riskli yatırıma ehtiyac duyur və bunu yaradıcı adamlar özü qarşılaya bilmir.


Beşincisi, biz burada xeyriyyəçilik və filantropiyadan söhbət aparmırıq. Bizim istəyimiz hər hansı marketinq və PR strategiyasının həyata keçirilməsi, satış həcminin və ya imic səviyyəsini artırılmasına orientirli irili-xırdalı yaradıcılıq mayalı işlərdən bəhs etməkdir.


Altıncısı, yaradıcılıq maddi forma daşımadığından, lamisə üzvləri ilə deyil hiss edilmədiyindən, ideal formada olduğundan, özü satmadığından, satışa dəstək verdiyindən yaradıcılığa heç də şifahi formatda hər kəs güvənlə yanaşmır.


Bu qrafikdə reklam çarxları yaradıcılığında ən bahalı 19 iş təmsil olunmuşdur və mən onları şərh etmək istəmirəm. Çarxlar illərə görə sıralanıb.


İLLƏR VƏ BÜDCƏLƏR


Şirkət



Büdcə


İl


Chrysler



12.0 million $


2011


Adidas



2.10 million $


2011


Nike



24.0 millon $


2010


Nike



1.50 million $


2010


Carlton Draught



9.00 million $


2009


Pixar



10.0 million $


2009


Aviva



13.2 million $


2008


Guinnes



4.65 million $


2007


Shell/Ferrari



3.90 millon $


2007


Guiness



1.00 million $


2005


Carlton Draught



1.90 million $


2005


Coca-Cola



1.60 million $


2005


Pepsi



Məbləğ açıqlanmır, amma ən baha hesab olunur


2005


Shanel5



20.0 million $


2004


Honda Accord



1.00 million &


2003


Pepsi



5.40 million $


2002


BMW M5 (8 çarx daxildir)


W.R. Grace



25.0 millon $


2001


W.R. Grace



300.000 $


1986


Apple's Macintosh



600 000 $


1984




















































Teymur Məmmədov,


Kreativ Direktor