Yapon dizayner məşhur loqolara əlavə funksiya və məna qatıb.


Hər yerdə qarşımıza çıxan məşhur loqolar həyatımızı necə asanlaşdıra bilər? Bu haqda düşünmüsünüz?!


Facemark.az xəbər verir ki, Yaponiya yaşayan, “Oodesign” dizayn studiyasının sahibi olan Taku Omura, populyar loqoların 3D versiyalarını alır və onlara alternativ funksiyalar qazandırır.


Dizaynın “Sınaq və səhv” adlı seriyasında “Adidas”ın loqosunda gördüyümüz üç cizgi qələm qabına, “Louis Vuitton”un loqosu kart qabına çevrilib. Ya da “Adobe Acrobat”ın loqosunu asılqan kimi görsəniz heç də təəccüb etməyin.