“Məşhurluğu yaratmaq 20 il, onu yerlə bir etmək isə cəmi 5 dəqiqə vaxtınızı alacaq”.
Warren Buffett bu sözü hər il təşkil edilən “Berkshire Hathaway”in səhmdarlarının toplantısında deyir. Bu məsləhətin əsas fikri odur ki, mövzu nə olursa olsun, siz hər zaman öz dəyərlərinizi düşünərək hərəkət etməlisiniz. Etdiyiniz hər xəta sizə qarşı yönlənən tənqidi baxışlardan daha çoxu olacaq. Odur ki, addımlarınızı sağlam və düşünərək atmalısınız.
“Zəngin biri ola bilərsiniz, amma təklif ediləndə qəbul edə biləcəyiniz işi görün”.
Buffett “Florida Universitet”ində təşkil edilən məzuniyyət mərasimində tələbələrə tövsiyə edib ki, həvəslərinin arxasıyca getsinlər. “Hər zaman yataqdan düşünmədən qalxa biləcəyiniz, nəsə öyrəndiyiniz üçün özünüzü xoşbəxt hiss etdiyiniz, həyəcanlandığınız işi axtarın”. Beləliklə, biz də Buffett kimi xoşbəxt olduğumuz və öyrənmək istəyimizin üst səviyyədə olduğu işlərdə potensialımızı maksimum səviyyədə göstərə bilərik.
“Sizdən daha uğurlu olan biri ilə vaxt keçirin. Davranışları sizdən daha yaxşı olan dost seçin, o istiqamətdə inkişaf edərsiniz”.
2004-cü ildə “Berkshire Hathaway”in illik toplantısında 14 yaşındakı yeniyetmə Buffettə “Gənclərə uğurlu olmaları üçün nələri tövsiyə edirsiniz?” sualına cavab yuxarıdakı kimi olub. Əslində, bu sadəcə gənclər üçün deyil, hər yaşda olan şəxslər üçün çox dəyərli həyat dərsidir. Biznesmenin tövsiyəsi qismində xatırlayırıq ki, yaşımız nə olursa olsun özümüzə onların bilik, təcrübələri, xarakter xüsusiyyətlərindən ilham ala biləcəyimiz dostlar seçməliyik.
“Bir insanda üç xüsusiyyət axtarın. Zəka, enerji, dürüstlük. Əgər onlarda sonuncu keyfiyyət yoxdursa, əvvəlki ikisini də axtarmağa ehtiyac yoxdur”.
Yaxın keçmişdə Buffettdən soruşurlar ki, işə qəbul zaman doğru namizədlərdə hansı xüsusiyyət axtarılmalıdır? O, isə cavabında deyir ki, “hər bir şəxsiyyətdə dürüst keyfiyyəti olmalıdır. Bu xüsusiyyət başqa insani keyfiyyətlər ilə belə müqayisə etmək doğru deyil. Əgər dürüst insanları işə qəbul edərsəniz, onların hər hərəkətini araşdırmaq məcburiyyətində qalmazsınız. Elə deyil?!”.
“Uğurlu insanlarla həddindən artıq uğurlu şəxslər arasındak fərq budur: Çox uğurlu insanlar demək olar hər şeyə xeyr deyə bilərlər”.
Buffettə görə, bizi məqsədimizdən, yolumuzdan uzaqlaşdırmağa çalışan hər şeyə qarşı sərhəd qoymalıyıq. Biz məqsədimizə fokuslanmalı və doğru olduğuna inandığımız nəsnələrə hə deməliyik.
Qeyd edək ki, Warren Buffett 20-ci əsrin ən böyük investoru və “Berkshire Hathaway” investisiya şirkətinin CEO-sudur. “Forbes” nəşrinin 2018-ci il üçün açıqladığı məlumata görə, 88 yaşlı biznesmenin sərvətinin dəyəri 84,4 milyard dollardır. Biznesmen nəhəng xeyriyyəçilər arasında ikinci yerdə qərarlaşıb.
Mənbə: Pazarlamasyon