Dünyaca məşhur pop ulduzların 71%-i zərərli qazlı içkiləri, 80,8%-i isə yağlı qidaları reklam edir.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Nyu York universiteti Lanqon tibb mərkəzinin tədqiqatına görə, bu, məsələn, yeniyetmələr arasında populyar olan Britni Spirs (Pepsi, McDonald’s), Beyonce, (Pepsi), Castin Timberleyk (McDonald's), Maroon 5 (Dr. Pepper), Ariana Qrand (Nestle)dir.


Bu tədqiqat uşaq piylənməsinin aktual problemləri ilə bağlıdır. Araşdırma üçün uşaq və gənclər arasında populyar olan 590 nəfər sənətçi seçilib.


Məşhurların reklam etdiyi məhsulların keyfiyyətini analiz edən alimlər bu nəticəyə gəliblər ki, onların 18%-i içki və qida məhsullarını reklam edib. Onlardan 80,8%-i aşağı qidalanma tərkibinə sahib, enerji dəyəri yüksək olan məhsulların reklamına çəkilib.


Uşaqların pərəstişkarlarının 71%-i isə tərkibində şəkərin miqdarı yüksək olan sərinləşdirici içkiləri reklam ediblər. Bu rəqəmlərə, həmçinin fast-food reklamı da daxildir.


Tədqiqat o nəticəyə gəlib ki, qida məhsullarının reklamı ilə uşaq sağlamlığı arasında əlaqə mövcuddur. Çünki marketinqdə məşhur simalardan istifadə edilməsi brendin marka dəyərini və məhsulun məşhurluğunu artırır.


Maraqlıdır ki, yeyinti sənayesi gənclər arasında məşhur olan simalardan istifadə etməklə qazanc əldə etməyi öyrənib. Tədqiqata əsasən, hər il qida və içki məhsulları istehsal edən şirkətlər gənclərə yönəmiş reklam xərclərinə 2 milyard dollar xərcləyir.


Ekspertlərin qiymətləndirmələrinə görə, uşaqlar il ərzində 4,7 min bu cür reklam elanlarına, yeniyetmələr isə 5,9 min reklam elanına baxırlar. Belə kampaniyalara, həm şirkətlərə, həm də məşhurlara sərf edir. Belə ki, məşhurlar belə kampaniyalardan qazanc, şirkətlər isə satışlarını yüksəltmək şansı qazanırlar. Belə ki, müğənni Beyonce “Peps”i markası ilə 50 milyon dollar dəyərində müqaviləyə imza atıb. “McDonald’s” ilə Castin Timberleykin əməkdaşlığı şirkətə 6 milyon dollar mənfəət gətirib. “Dr. Pepper” reper Pitbulun təqdimatından sonra, Latın Amerikasında satışlarını 1,7% həcmində artırmağa nail olub.