Twitter mikrobloq xidməti ''Ukrayna və katalan dillərinə'' tərcümə olunub. Bu haqda xidmətin rəsmi bloqunda bildirilir.


Twitter də mövcüd olan dillərin sayı artıq 30 oldu. Xidmətin tərcüməsi təklif olunmuş və səs verilmiş xüsusi saytlarda Twitter Translation Center-də tərcümə variantları üçün istifadəçilərin köməyi ilə həyata keçirilmişdir.


2012-ci ilin may ayı ortasında Twitter istifadəçiləri tərəfindən tez-tez xahiş olunan ''Translation Center''-də altı dil açacağını elan etdi. Ukrayna və katalan dilindən başqa, xidmət ''Yunan, Bask, Çex və Afrikaans'' interfeysini tərcümə etməyi təklif edir.


Qalan dörd dil isə,interfeys tam tərcümə olunub bitdikdən sonra bütün istifadəçilərə mövcüd olacaq.


Twitter 2006-cı ildə buraxılmışdı, istifadəçilər üçün interfeysin tərcüməsinə isə 2009-cu ildən başlandı. Hal-hazırda bu xidmətdən 140 milyon insan fəal istifadə edir.