Amerikan Milli Futbol Liqasının (Super Boul) keçirildiyi 2005-2014-cü illər arasında reklam satışlarından 2,19 milyard dollar gəlir əldə edilib.


Facemark.az xəbər verir ki, “Fortune” jurnalının rəqəmlərinə görə, 1967-ci ildə keçirilən ilk Super Boul Futbol Liqasında 30 saniyəlik reklam üçün ödənilən məbləğ 42 min dollar olub. Super Boulda brendlərin reklamlarını yayımlanması üçün verdikləri məbləği bu gün ilə müqayisə etdikdə 11800% inflyasiya qeydə alınır.


Bildirilir ki, həmin gün azarkeşlər “Şükran Günü”dən sonra daha çox qida, içki istehlak edirlər. Məsələn, 2016-сı ildə aparılan təxminlərə görə, insanlar 14,5 milyon pizza, 1,3 milyard toyuq qanadı, 1,2 milyard litr isə alkoqol içki istehlak edib.


Cari ilin fevralın 4-də isə Super Boul 52-ci dəfədir ki, baş tutacaq. Azarkeşlər “Ticketsplus.com”dan bilet sifariş etmək üçün 3008-9137 dollar arasında pulundan keçməli olacaqlar.