Bir məktəb təsəvvür edin... Bir ovuc şagird arasından TEOG birincisi çıxarır. İzmir Simfonik Orkestri ilə musiqi, Finlandiya Universiteti Elm Mərkəzi ilə elmi layihələr icra edir. Pantomima sənətçiləri, rəssam, şairlər məktəbin dəhlizlərində gəzir. Xeyr, mən özəl məktəbdən danışmıram. Atamın yeni təyin olunduğu kənd məktəbidir bura. Ardahan rayonun Gölə mahalına bağlı Çayırbaşı Şəhid Ər Kamal İzci ibtidai və orta məktəbini hər kəs tanımalıdır. Oradakı gənc müdiri və o müdirin ətrafında eyni vizyona fokuslanmış gənc müəllimləri hər kəs tanımalıdır.
Bir məktəbi anlamaq üçün ilk baxılmalı olan faktor o məktəbin iqlimidir. Məktəbə girincə nəfəs aldığınız hava, şagirdlərin üzündəki ifadə və ya divarlardakı rəsmlərdə görə bilərsiniz məktəb iqlimini. Çayırbaşındaki məktəbə addım atdığınız an tam fərqli bir yerdə olduğunuzu başa düşürsünüz. Uşaqların üzü gülür. Hamısı gözünüzün içinə baxaraq salam verir, əhvalınızı soruşur. O filmlərdə gördüyümüz utancaq kəndli uşaqlar yoxdur. Zəng çalınca hər kəs sinfə keçib bir kitab çıxarır və klassik musiqi sədaları altında oxuma saatı başlayır. Sinifdə müəllim yoxdur, amma çınqırtı çıxmır. Sözümüzün canı bu məktəb müsbət iqlim yaratmağa nail olmuşdur.
Bəhanə yaratmayan məktəb!
Yaxşı nədir məktəb iqlimini müəyyən edən amil deyə soruşsanız ilk söyləyəcəyim şey məktəb müdiridir. Vizyonu olan müdir məktəbin taleyini dəyişdirə bilər. Çayırbaşındakı məktəbin gənc müdiri Tamer Yıldırım məhz o dünyanı təhvil aldığı formada saxlamaya müdirlərdən biridir. Mənə söylədikləri hər şeyi açıqlayır: Bəhanə uydurmaq yoxdur bizdə... Bizim bir “dərdimiz” var və bir “hekayə” yazmaq istəyirik. Təxminən 5 ildir əsas infrastruktur amillərindən tutmuş düşüncə inqilabına qədər ciddi cəhdlə mübarizə aparırıq. Akademik müvəffəqiyyət bizim üçün əhəmiyyətlidirmi? Bəli... Son 3 ildir TEOG nəticələrində müxtəlif fənnlər üzrə Türkiyənin orta göstəricisindən xeyli üstün nəticə göstərmişik. Ötən il 120 sualdan, 120, 119, 117 və 116 suala düzgün cavab verən şagirdlərimiz vardı. Məktəbimizdən məzun olan bir şagird Amerikada təhsil hüququ əldə edib. Ancaq, bizim üçün akademik müvəffəqiyyətlə yanaşı, əsas vacib şərt xəyal və ümidləri olan uşaqlar yetişdirməkdir...
İzmir Simfonik Orkestri kənddə!
Məktəbin ən çox xoşuma gələn cəhəti incəsənətlə elmə eyni anda çox əhəmiyyət verməyidir. İzmir Simfonik Orkestrinin klassik musiqi konserti kənd üçün də məktəb üçün də sanki bir yuxu idi. Düşünün kənddə Motsartın, Vivaldinin əsərləri min bir əziyyətlə yaranmış Çayırbaşı mədəniyyət mərkəzində (ÇKM) səsləndirilir. Bu konsertdən sonra violonçel, skripka çalmaq xəyalları quran şagirdlər peyda olur. Pantomima yalnız maraqlanan insanların eşitdiyi-bildiyi bir sənət olsa da məktəbimizə qonaq olan pantomima sənətçisi İlker Kılıçeri izləyən uşaqlarımız öz yazdıqları pantomima tamaşasını nümayiş etdirdi və bu tamaşa ilə Finlandiya Universiteti Elm Mərkəzinin hazırladığı layihədə tərəfdaş oldular.
Bağlanan kənd məktəbləri ...
İnsanın belə zamanlarda ümidə ehtiyacı var. Bu gün kənd məktəbləri bir-bir bağlanır, daşımalı sistemlə körpə uşaqlar səhərin alaqaranlığında oxumaq üçün evdən çıxarılıb uzaq kəndlərə daşınır. Həm kəndləri yoxsullaşdıran, həm də uşaqları pərişan edən bir sistemdir bu. Halbuki hər birində ayrı bir uğur hekayəsi yazmaq mümkündür o kəndlərin. Vacibdir! Ona görə də, Tamer müəllim bildiyi hər şeyi digər gənc həmkarlarına öyrədir.
Məktəbi ziyarət etdiyim vaxt divardakı bir fotoşəkil diqqətimi cəlb etdi. Keçən il çəkilmiş bu fotoşəkildə müəllimlər və müdir var. Amma, təəssüf ki, o kadrdakı müəllimlərin yarısı təyin istəyib başqa yerə gedib. Yerinə gələnlərin yarısı birinci ildir işləyirlər. Gələn il əksəriyyəti burada olmayacaq. Bu qədər sürətli dövriyyə normal şərtlərdə məktəbi məhv etməlidir, çünki məktəbdə davamlılıq şərtdir. Bu səbəblə Tamer müəllimin uğuru həqiqətən qeyri-adi uğurdur. Elə bir sistem qurub ki, hər gələn gənc müəllim asanlıqla daxil olur, hekayə qaldığı yerdən davam edir. Biz hər yerdə Tamer müəllim kimi vizyon sahibi, dərdi olan məktəb direktorlarını tapıb onları ucaldan mexanizmlər yaratmalıyıq.
Azərbaycan dilinə uyğunlaşdıran – Fərrux Rəhimov – Azərbaycan Dövlət Aqrar Universitetinin Menecment və aqrar marketinq kafedrasının assistenti.
Mənbə: Bu yazı Selçuk Şirinin “Hürriyet” qəzetinin internet saytında (http://www.hurriyet.com.tr) 21.01.18-ci il tarixində yayımlanan “Güçlü kadınlar kenti Karsın popüler olması tesadüf değil” adlı məqaləsinin bir hissəsidir.