“Facebook”un Rusiya üzrə satış direktoru İlya Alekseyev şirkətdən gedib. “Facebook”dan isə xəbəri təsdiq ediblər.
Facemark.az bu barədə “Adindex.ru”nun mənbələrinə istinadən xəbər verir.
“Facebook”un press-relizində qeyd olunub ki, o yeni layihəyə başlamaq üçün şirkətdən ayrılıb.
İlya Alekseyev də xəbəri təsdiq edib və əlavə edib ki, fevralın sonunda ailə məsələləri ilə əlaqədar Moskvaya qayıdacağına görə şirkətdən ayrılıb.
Satışlar üzrə direktor “Facebook”da agentlik və brend markanın rəsmiləri ilə çalışırdı. O, həmin şirkət rəsmilərinə Rusiya bazarında inkişaf üçün “Facebook”un təklif etdiyi üstünlüklərdən faydalanmağa kömək edirdi.
Qeyd edək ki, İ.Alekseyev “Facebook”da işə 2017-ci ilin mart ayında başlayıb. O vaxta qədər isə İlya Alekseyev 13 il Vi qrupunda çalışıb. 2015-ci ildən isə bu qrupun tərkibində yaradılmış olan internet-reklam xidmətləri göstərən İMHO agentliyinə başçılıq edib.