İllərdir ki, dünyanı fəth edən alma və mavi tələbat rəqabət dövrünü yaşayır.


Bu rahatlıq, müasirlik və dəb rəqibləri “Apple” və “Samsung” patentləşmiş yeniliklərə görə, 2011-ci ildən etibarən məhkəmə çəkişmələrinə kimi dünyada yaddaşlarda qaldılar və qalırlar.


Əsasəndə, “Apple” elə nüfuzlandırdılar ki, “ıPhone” işlədən kütlə bir növ bu cansız əşyanı həyatlarını ayrılmaz hissəsi kimi qəbul etdilər və deyəndə ki, “Samsung” daha yaxşıdır, filan, filan... xətirlərinə belə dəyir hətta mübahisəyə kimi çıxır.



Bu marketinq mübahisə və məhkəmə çəkişmələrinin səbəbi nədədir?


Cavab çox sadədir marketing, brending və PR strategiyaları düzgün aparılıb və hədəflər dəqiq müəyyən edilib.


“Apple” işlədənlərin düşüncələrində ki, tezisləri.


- Başqa brendlərdən avadanlıqlar işlədən işinin qeyri-peşəkar olanlardır;


- Başqa brendlərdən avadanlıq işlədənlər geridə qalmışdı;


- Başqa brendlərdən avadanlıq işlədənlər zövqsüzdür;


- Başqa brendlərdən avadanlıq işlədənlər premium sinfinə aid olmayan insanlardılar.


- Yəni, “Apple” hər kəs üçün deyil, hər kəs istifadə edə bilməz;


- “Apple” işlədənlərə hər kəs paxıllıq edir.


Bəs “Samsung”?


Biz bilirik ki, “Samsung” mobil telefon və planşetlərində “Apple”ın idealarından və patentləşmiş ixtiralarından belə istifadə edib. İstər daxili interfeysində istərsə də, vizual görünüşlərində.


“Samsung”ın smartfonlarını təzə vaxtlar bel “lapatka”sı kimi el arasında lağa qoyurdılar.


Gəlin, indi biz bu qarşıdurmaya qərəzsiz və ağıllı başla təhlilini edək.


Hər şirkət haqda qısa çıxarışlar.


“Apple” ABŞ-ın mobil telefon, player, planşet və personal kompüter istehsalı üzrə ən böyük şirkətdir. Bununla yanaşı, çox funksionallı əməliyyat sistemlərinin müəllifləridir. Hazırda “Apple” elektronikanın istehlakı üzrə ən unikal reputasiyaya malikdir və bazar kapitalına görə liderlərdəndir.


“Apple”in yaranma tarixi:


Şirkətin əsası Stev Cobs və Stiven Voznyak tərəfindən 1970-ci ilin ortalarında ilk kompüterin yaradılması ilə əsası qoyulub. Bu kompüterlərdən onlarla satıldıqdan sonra sponsorları peyda oldu. “Apple Compyuter İnc” 1 aprel 1976-cı il rəsmi olaraq qeydiyyatdan keçdi.


Brendin adının “Apple” olması təklifi Stev Cobs tərəfindən ona görə irəli sürülmüşdür ki, şirkətlərin telefon kitabçasında əlifba sırasında rəqiblərindən və o zaman üçün əsas rəqibi olan “Atari” şirkətindən öncə gəlsin.


“Makentoş”adı isə Jef Raskin tərəfindən qoyulub “Makentoş” layihəsinin icraçısı.


Gəlirlər ötən ilin eyni dövrünə nisbətən 7,1% artaraq 45,4 milyard dollara yüksəlib.


İşçi sayı:150 min.


“Samsung”un yaranma tarixi:


1938-cil yaranıb. “Samsung” yapon dilindən 3 ulduz kimi tərcümə olunur. Brendin adının belə qoyulması onun təsisçisinin Li Byon Çxolun 3 oğullarının adları ilə bağlıdır. İlk dəfə şirkəti təsis edəndə məqsəd düyü ununun istehsalı olmuşdur, daha sonra 50-ci illərə kimi şəkər və quru balığın satışı ilə məşğul olurdular.


Bu günümüzdə isə “Samsung” ən böyük layihələrlə dünyanın qlobal brendinə çevrilib, hətta avtomobil belə istehsal edir.


İşçi sayı: Dünyanın 80 ölkəsində 308745 əməkdaş.


Gəlirlər 55,4 mld. dollar təşkil edib.


Bir çox hallarda dünya brendləri, dünya arenasında diqqət mərkəzində və gündəmdə qalmaları üçün bu cür mübahisələr, qara PR alətindən istifadə edərək məhkəmələr, mübahisələr vasitəsi ilə daha böyük büdcə xərcləmədən əlavə olaraq sosial şəbəkədə reklam olunurlar.


Ümumilikdə, sonda onu da, qeyd edim ki, biz hansı brend telefon, noutbuk, planşet, geyim seçməyinizə baxmayaraq onlar bizə xidmət etmək üçün yaradılmışdır, bizim onlara xidmət etməyimiz üçün yox.