Zövqlər təbii ki, müzakirə olunmur. Bəli, həqiqətdir ki, hər il insanları öz geyimləri ilə təəccübləndirmək çox çətindir.
Facemark.az sostav.ru-ya istinadən xəbər verir ki, artıq başa çatmaqda olan 2017-ci il üçün dəbdə olan 10 geyim yeniliklərini diqqətsiz qoymaq olmur.
“Balenciaga” markası ilə təklif edilən stil həmişə orjinaldır. Markanın kolleksiyaları həmişə avanqard olur, amma bu dəfə onlar qeyri-adilikdən çox uzağa gediblər.
Avtomobil oturacağının xalçasını xatırladan ətək, yeri gəmişkən 2000 dollaradır.
"Balenciaga"nın istehsal etdiyi növbəti qeyri-adi məhsul isə çantadır. Çanta sosial şəbəkə istifadəçilərinə İKEA-nın oxşar məhsulunu xatırladır. Onların arasında heç bir fərq tapmaq olmur, amma bilməlisiniz ki, soldakı çantanın qiyməti nə az, nə də çox düz 2145 dollardır.
Növbəti qeyri-adi stil isə cins şalvar ilə bağlıdır. Bəlkə əvvəllər kimsə belə stildən istifadə edib, amma bu gün üçün həqiqətən dəlilikdir.
“Calvin Clein” soyuqlar haqqında fikirləşməyi təklif etdi və öz sviterlərini istehsal etdi. Onun dəyəri şəkildə 2000 dollaradır. Maraqlıdır ki, həmişə donan ruslar arasında bu məhsuldan nə qədər sifariş olunub?
Fransız dizayner “Jacquemus” özünün samandan olan şlyapalarını bazara təqdim edib. Qiyməti 3050 dollara olan məhsul ən qeyri-adi məhsul olaraq 2017-ci ilin top onluğuna daxil olub.
Növbəti fransız markası təəccübləndirməkdə davam edir. “Y/Project” özünün asanlıqla şalvar və şortik ola bilən məhsulunu yaradıb. Düzdür, qiyməti digər yuxarıda sadalananlar ilə müqayisədə bahalı deyil. 425 dollar. Amma digər cinslər ilə müqayisədə çox bahalıdır.
“Maison Margiela”nın krasovkalarının qiyməti isə 1425 dollara alıcılara təklif edilir.
Artıq böyümüş oğlanlar üçün də kombinzon istehsal olunub. Bu qeyri-adi məhsulu isə “RompHim” markasına məxsusdur.
“Nordstorum”un cinsləri istirahətdə olan insanlar və nümayəndələrin qarderobunda xüsusi yer tutur.
Belə cinslər üçün xüsusi kolleksiyada çanta istehsal etmək lazımdır. Çünki çətin ki, yeni məhsulun cibində nəsə saxlamaq mümkün olsun.