Hər il noyabr ayının son həftəsində gündəmə gələn “Qara cümə” (Black Friday) və “Kiber bazarertəsi” (Cyber Monday) endirimləri bu il 24 və 27 noyabrda təşkil ediləcək.
Facemark.az xəbər verir ki, “Sophos” şirkətinin Təhlükəsizlik üzrə mütəxəssisi Jhon Chier “Qara cümə” günü endirimini gözləyən şəxslərə tələyə düşməmələri üçün aşağıdakı tövsiyələri edib.
- Sizə təklif edilən həqiqi olmayacaq qədər yaxşıdırsa, çox güman ki, həqiqi deyil. Xüsusilə də, mesaj və e-mail üzərindən sizə göndərilən təkliflərə şübhə ilə yanaşın. Hansısa təkliflə qarşılaşdığınız zaman sizə verilən əlaqələrə yönəlmək əvəzinə, satıcının veb saytına daxil olun və təklifi təsdiq edin.
- Endirimlərə telefonunuzdan baxırsınızsa, bu zaman hansı şəbəkəyə bağlı olduğunuzu yoxlayın. Şəxsi kredit kartlarınız vasitəsilə ödəniş həyata keçirəcəksinizsə, bu zaman həmin şəbəkənin təhlükəsiz və tanınan olmasına fikir verin.
- Kiçik xətalara böyük şübhə ilə yanaşın. Tanınmış markaların bir və ya bir neçə hərfini dəyişdirərək müştərilərin şəxsi məlumatlarını oğurlamaq kiber cinayətkarların tez-tez istifadə etdiyi üsullardan biridir. Xüsusilə də, “Onlayn” sözündəki “O” hərflə, ya da “0” rəqəmi ilə yazılaraq göz xətasına yol verməyinizə səbəb ola bilərlər. Yazılış qaydalarına xüsusi ilə diqqət edin.
- Şifrələriniz kifayət qədər qarışıq və təxmin edilə bilməyən olsun. Şifrələrinizi böyük ölçüdə etməyi, böyük hərf, kiçik hərf, rəqəm, simvoldan istifadə etməyi üstün tutun.
- Sizə göndərilən linklərə “click” etməmişdən öncə araşdırın. Link sizdə şübhə yaradırsa, gözləmədən silin. E-mail və ya başqa yollarla sizə göndərilən linkə “click” etmədən öncə, kompüterinizdəki “cursor link”i əlaqənin üzərindən götürüb gözləyin. Yox əgər telefon vasitəsilə giriş etmisinizsə, barmağınızı linkin üzərinə basılmış kimi tutun. Beləliklə, bağlantının tam halını görə biləcəksiniz.