“Rambler&Co” şirkəti şəxsi onlayn kinoteatrını yaratmağı planlaşdırır.



Facemark.az xəbər verir ki, bu barədə RBK öz mənbələrinə istinadən xəbər verir.



“Şirkətin sahibi, rusiyalı milyarder, investor, bankçı Aleksandr Mamutun öz şəxsi video xidmətlərinin sayını artırılmasının 3 səbəbi var”, - deyə RKB-nın mənbələri bildirib.



Bu il cənab Mamut “Cinema Park” və “Formula of Cinema”nı alıb. Beləliklə o, hər iki şirkəti birləşdirərək film sənayesində lider olub.



Mənbə bildirir ki, bazarda onlayn video xidmətləri artıq yaranıb. Ötən il gəlirlərin 62%-i iki layihədən əldə edilib. Okko və Megogo.



Bazarda, həmçinin yeni oyunçular da meydana gəlib. Məsələn, onlayn kinoteatr Start Yellow, Black, White adlı media holdinq yaradıb.



TMT konsaltinqin hesablamalarına görə, onlayn kinoteatr bazarı hər il 30% böyüyür. Ötən il 40% artaraq 5 milyard rubla yaxınlaşıb. 2016-cı ildə video xidmətləri reklamdan 2,5 milyard rubl qazanıb. Bu isə ötən illə müqayisədə 22% çoxdur.