27 yaşında olan İrlandiyalı sahibkar Jhon Collison 2011-ci ildə yaratdığı internet ödməmə sistemi “Stripe” ilə dünyanın sərvətini özü quran ən gənc milyarder olub.



Dünya üzrə 100 mindən çox müştərisi olan şirkətin 2016-ci ilə aid olan rəqəmlərə görə, dəyəri 9 milyard 200 milyon dollardır.



Facemark.az xəbər verir ki, Forbes nəşri yazır ki, John Collison və şirkəti birlikdə qurduğu 29 yaşındakı qardaşı, mobil mesaj platforması Snapchatın sahiblərindən Patrick Collisonun şəxsi sərvətləri 1 milyard 300 milyon dollardır.



Ən gənc milyarderlər siyahısında Collisonu Snapchatın digər əsas şəriki Evan Spiegel və Patrick Collison izləyir.



John Collisondan sərvətinin dəyəri nə qədərdir? sualına belə cavab verir: “Hər kəs məndən bu sualı soruşur. Fərqli cavab gözləyirlər. Amma mənim belə bir cavabım yoxdur”, - deyib.




“Mənə varlı olduqdan sonra həyatımın necə dəyişdiyini soruşurlar. Faberge yumurtaları kolleksionu və yaxta yarışlarından bəhs edirlər. Amma mən boş zamanlarımda qaçmağa üstünlük verirəm. Bu çox praktik və bəsit hobbidir.



İrlandiyanın cənubunda Tipperary, təxminən 4 min əhalisi olan qəsəbədə böyüyüən Collison qardaşları təhsilini Limeric dövlət məktəbində alıblar.



Uşaqlıqlarından bəri kompüter proqamlarına hədsiz maraq duyan qardaşlar universiteti ABŞ-da oxumağa qərar verirlər.



Patrick Collison 2007-ci ildə dünyanın ən nüfuzlu univeristetlərindən biri olan Massachusetts Institute of Technology'de (MIT) riyaziyyat ixtisasına qəbul olunub. İki il sonra isə John Collison Harvard Universitetinə qəbul olunur.



“Mənim üçün hər şey asan oldu. Çünki qardaşım bura gəlməyi bacarmışdı. Amma ikimizdə başqa yerə getməyin xəyalını qururduq. Oxumaq üçün İngiltərəni seçmək istədim, amma bura çox uzaq deyildi”, - deyə John Collison deyib.



John Collison hələ Harvarda daxil olmamışdan öncə varlı idi.



İki qardaş kiçik şirkətlərini eBay-da daha asan ticarət edilməsini təmin edən Auctomatic adlı proqramlarını 2008-ci ildə 5 milyon dollara satıb. John Callison Harvardda təhsilinə başladıqdan sonra, Stripe onlayn ödəmə sisteminin qurulmasına başladılar. Sonra ikisi də universiteti yarıda atırlar.



Bir çox rəqibi olmasına baxmayaraq “Stripe” qısa müddət içərisdə böyüyüb və “Tesla”nın sahibi Elon Musk və “Paypal”ın qurucusu Peter Thieldən dəstək və pul alıb.


“Stripe”ın bu gün dünya üzrə 750 nəfər işçisi var.