Facemark.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu ölkədə 18 yaş və yuxarı insanlar arasında 750 kişi və 750 qadın ümumilikdə isə 1500 nəfər arasında telefon vasitəsilə sorğu keçirilib.
Sorğu nəticəsində verilən suallar və nəticələri sizə təqdim edirik:
Qadınlar iqtisadi baxımdan müstəqil olmalıdırlarmı?
Qadınların 71%-i iqtisadi cəhətdən müstəqil olmalarının vacibliyinə toxunur. Bu düşüncəyə kişilərin yalnız 56%-i qatılır, 16%-i isə belə düşünmür. 28%-i isə qərarsızdır. Qadınların 9%-i iqtisadi baxımdan müstəqil olmamalarını düşünüb. 20%-i isə qərarsız qalıb. Qadınların 51%-i əgər işləməzlərsə ölkə iqtisadiyyatının inkişaf etməyəcəyini bildiriblər.
Bu fikrə dəstək olan kişilərin faizi isə 37% olub. Bu suala xeyir cavabı verən qadınların faizi isə 20%-dir. Kişiləri faizi isə 33 olub. Qadın və kişilərin 29%-i isə bu mövzuda şərh verməyib.
İşləmək kimin hüququdur?
İşsizlik dövründə işləmək qadınlardan çox kişilərin haqqıdır deyən kişilərin faizi 42 olub. Qadınların 25%-i isə bu fikri dəstəkləyib. Bu mövzuda qərar verə bilməyənlər isə 27-28% təşkil edib.
İş həyatlarını atanlar geri dönmək istəyirlərmi?
Hələ də bir işi olan qadınların 94%-i, kişilərin isə 95%-i iş həyatlarına davam etmək istədiklərini bildirib. Daha öncə bir işi olan, amma hazırda işsiz olan qadınların 57%-i, kişilərin isə 53%-i təkrar işləmək istədiklərini bəyan edib. İş həyatlarına geri dönmək istəməyən kişilərin bəhanələri belə olub: “Pensiyaya çıxmışam, işləməyimə ehtiyac yoxdur, iş həyatında bərabərsizlik var” olub. Qadınlarda isə bu cavab belə olub: “Ailəmə vaxt ayırmalıyam, övladım dünyaya gəlib, evləndim, yoldaşım istəmir.”.
Hansı cins daha yaxşı idarəedicidir?
Kişilərin qadınlardan daha yaxşı idarəedici olduğunu sorğuya qatılan kişilərin 40%-i deyib. Qadınların isə 26%-i bu fikirdədir. Bu fikri dəstəkləməyən kişilərin faizi 32, qadınlarda isə 50% olub. Qadınların 24, kişilərin isə 29%-i qərarsız qalıb.
Qadın niyə işləyir?
İşləmək sizin üçün nə ifadə edir? sualına iqtisadi azadlıq cavabını verən qadınların 61%-i, kişilərin isə 44%-i olub. Qadınlar üçün işləmək azadlıq, ailəyə fayda və özünəinam deməkdir.
Qadınlar lider olmalıdırlarmı?
Qadınlara özəl liderlik proqramlarının verilməsi gərəkdiyini deyən qadınların faizi 33 olub.