Dünya üzrə internet istifadəsində mobil cihazların kompüterlər kimi masaüstü cihazları geridə buraxması, onu göstərir ki, mobil cihazların rəqəmsal çevrilişdə daha böyük rolu var.



Facemark.az mobil satışlar zamanı bilməli olduğunuz “9 qızıl qayda”ı təqdim edir.



Kanallarınızı mobil təcrübəyə görə hazırlayın



Bütün kanalların rəqəmsallaşdırma mərhələsində mobil olması lazımdır. Markaların hər yerdə istifadəçiyə eyni məlumatlarla çatması vacibdir.



Mobil saytınızı sürətləndirin



Mobil istifadəçilər masaüstü istifadəçilərə görə saytı üç dəfə daha sürətli bir şəkildə imtina edirlər. Əgər profilaktik tədbirlər ilə əlaqədar saytda hanısa işlər görülürsə, əvvəlcədən bu barədə istifadəçilər məlumatlandırılmalıdır.



İstifadəçi təcrübəsinə fokuslanın



Saytın mobil versiyasını hazırlayarkən dizaynın hər bir mərhələsində diqqət edin ki, şirftləri böyütmək və kiçiltmək mümkün olsun. Qısa zaman içərisində istifadəçini nəticəyə yönləndirin.



Axtarış nəticələrində ön pillədə olun



Mobil istifadəçilərin 48%-i ilkin olaraq axtarış sistemlərindən istifadə edir. Mobil saytınızın kontent və kodlaşdırılmasının “mobil dostluq” olaraq edilməsi axtarış sistemlərindən istifadə zamanı daha effektiv nəticələr əldə edilməsinə kömək olacaq. Saytınızın reytinqini ölçün və onu daim yüksək tutmağa çalışın.



Kanallarınız arasında qarşılıqlı əlaqəni gücləndirin



Mobil strategiyanı təyin edərkən kanallar arasındakı əlaqəni artırın, kontenti gücləndirin. Mobildə istifadəçilərin bütün ehtiyaclarını qarşılaya biləcək çeşidli kontent hazırlamaq lazımdır.



“Location” (Yer) xidmətlərindən istifadə edin



İstehlakçıların 31%-i mağazanın yerlərini mobil telefon vasitəsilə axtarıb tapırlar. Onları ən yaxın mağazaya yönləndirməyiniz, eləcə də axtardıqları məhsulun həmin mağazada olub-olmaması barəsində məlumat verməyiniz müştərinin mobil saytınızla əlaqəli yaşadığı təcrübəyə böyük təsir göstərəcək. “Location” xidmətlərindən istifadə edərək, müştərinin harada olduğunu öyrənə və onların ehtiyaclarına görə kommunikasiya qura bilərsiniz.



Mobil ödəniş variantlarını təqdim edin



Mobil ödəmə variantlarını artırın. Bir klik ödəmə rahatlığı təmin edərək, istifadəçiləriniz üçün alış-veriş sürətini artıran bir kart qənaət seçimi də təklif edin.



Alternativ çatdırılma xidmətləri təklif edin



Çatdırılma zamanı istifadəçilərin tələb və gözləntilərinə riayət edin. Məsələn, kargo, kuryer və mağazadan birbaşa kimi müxtəlif çatdırılma xidmətlərindən istifadə edin. Mobil sifariş alan gün mağazadan birbaşa çatdırılma kimi xidmətlər də təklif edə bilərsiniz.



Mobil ödəniş səhifələrinizi daim təhlil edin, optimallaşdırın



Səbətdən sonrakı ödəmə səhifələrinizdə istifadəçiyə yalnız ehtiyacı olan qədər informasiya verin və ehtiyacınız qədər informasiya alın. Mobil təcrübədə ən önəmli olan satışı həyata keçirən zaman müştəriyə kömək olmaq və satışın nəticəsinə fokuslamaqdır. Ona görə də, müxtəlif insanlar ilə testlər edin, onların arzu və istəklərini öyrənin, buna görə də inkişaf planı hazırlayın.