Professional iş sosial şəbəkəsi LinkedIn, keçən Aprel ayında 500 milyon istifadəçi sayına çatdığını açıqladı və dizaynında da yeniliyə getdi. LinkedIn bu dəfə də istifadəçilərinin öz proqramları vasitəsilə video yükləmələrinə imkan verən yeni xüsusiyyətini istifadəyə buraxır. Yeni funksiya ilə birlikdə Linkedin'də üfüqi ya da şaquli formatda videolar əlavə oluna bilər. Videolar eynilə Facebookda olduğu kimi ana səhifədə avtomatik olaraq gedəcək. Videolu məzmun hazırlayanlara maksimum 10 dəqiqəlik videolar yükləmələrinə icazə verən LinkedIn, videoların bəyənilmə sayı, rəy və paylaşımlar kimi bəzi statistikaları da paylaşır.
Video göstərmə, paylaşma və izləmə kimi analitik məlumatları paylaşacaq olan LinkedIn, digər ictimai sahələrdən fərqli olaraq, videonu izləyən istifadəçilərin məlumatlarını də paylaşacaq.
Linkedin'den edilən açıqlamaya görə, video yükləmə xüsusiyyəti önümüzdəki aylarda istifadəyə veriləcək.