Məşhur sosial şəbəkə olan Twitter’də hesabınıza lazımsız yerə yazan, sizi narahat edən, profil şəkli olmayan, e-mail hesabı təsdiqlənməmiş insanlardan gələn bildirişləri susdurmaq artıq sizin əlinizdədir.


Gələn yenilənmə ilə bundan sonra görmək istəmədiyiniz, sizi narahat edən istifadəçilərdən gələn mesaj və bildirişlərdən qurtulacaqsınız. İzləmədiyiniz və yeni hesabların bildirişlərini də susdurmağınız yeni filtrlərlə mümkündür.