1.Evernote



Evernote klassik qeyd götürmə vasitəsidir. Özünüz üçün xatırlatmalar edə və şəkillər yadda saxlaya bilərsiniz, etməli olduqlarınızın siyahılarını qura bilərsiniz. Evernote ilə idealarınızı olduğunuz məkandan asılı olmadan istədiyiniz yerdə qeyd edə bilərsiniz. Brainstorming zamanı əldə etdiyiniz ideaları qeyd edə, sosial media qrupu üzvlərinizlə paylaşa və gələcəkdə istifadə üçün fotoları yaddaşda saxlaya bilrəsiniz.



2.Todoist



Davamlı olaraq etməli olduqları işləri planlayan SMM-səniz, todoist mümkün olduğu qədər tez bir müddətdə yükləməli olduğunuz tətbiqdir. Siz həmçinin digər şəxslərə və qrup üzvlərinə tapşırıqlar verə, eləcə də qeydlər, faylları əlavə edə bilər və tapşırıqların vaxtında yerinə yetirilməsinə nəzarət edə bilərsiniz.



3.Pomodore Time



Bu tətbiq time-managment tətbiqidir. Tətbiq iş prossesini 25 dəqiqədən bir olmaqla kiçik intervallı fasilələrə bölür.Bu cür iş prossesi daha məhsuldar olur.



4.Canva



Vizuallaşdırma SMM-in böyük hissəsidir. Foto yaratma prossesini daha məhsuldar etməyə kömək edə biləcək tətbiqlər mütləq yüklənilməlidir.Canva-nın saysız şablonları və dizayn ilə sosial mediada foto yaratmaq üçün bu tətbiqdə istifadə edin. Siz fotoya mətn, qrafika, effektlər və digər cəlb edən elementlər əlavə edə bilərsiniz.



5.Dropbox



Bu tətbiq vasitəsi ilə iri həcmli faylları bütün qrup üzvləri ilə paylaşa və bütün bəyəndiyiniz fotoları bir ünvanda saxlaya bilərsiniz.Dropbox-a istənilən yerdən giriş etmək mümkündür.



6.Hootsuite



Bu tətbiq vasitəsi ilə sən Facebook, Instagram, Twitter və LinkedIn-də paylaşımlar edə, paylaşımlar üçün zaman müəyyən edə bilərsiniz.