Nar Mobile öz abunəçilərini yenidən sevindirir. Şirkət qarşıdan gələn EURO 2012” futbol üzrə Avropa Çempionatı çərçivəsində keçiriləcək bütün oyunların nəticələri haqda abunəçilərini oyunlar bitdikdən dərhal sonra məlumatlandıracaq. Belə ki, futbolsevərlər adı çəkilən xidməti aktivləşdirdikdən sonra  oyunların nəticələri haqda hər oyun bitdikdən 3 dəqiqə sonra SMS vasitəsilə ilə xəbərdar olunacaqlar. Xidməti aktivləşdirmək üçün ON EURO yazıb 2012 nömrəsinə SMS göndərmək lazımdır.


Azərbaycanda və Nar Mobile abunəçiləri arasında futbol üzrə Avropa Çempionatını çox adam səbrsizliklə gözləyir. Hər zaman abunəçilərinin maraqlarını nəzərə alan Nar Mobile da, bu futbol bayramı zamanı abunəçilərinin rahatlığı üçün bu xidməti təqdim edir.


Qeyd edək ki, "Euro Cup 2012" xidmətinin aktivləşdirmə haqqı 1 AZN-dir və Xidmət çərçivəsində daxil olan bütün mesajlar pulsuzdur.