“WilliamGrant&Sons” şirkətinin “TheBalvenieCraftsmanshipAzerbaijan” adlı unikal layihəsi çərçivəsində Bakıda azərbaycanlı fotoqraf Elmar Mustafazadənin əl işi ilə məşğul olan ustalara həsr olunmuş sərgisi keçirilib. Sərginin təşkilatçısı qismində əl ilə hazırlanan “The Balvenie” viski brendi çıxış edib.



Tədbirdə fotoqrafın Gəncə, Şamaxı, İsmayıllı, Zaqatala, Göygöl və s. şəhər və rayonlarında yaşayan görkəmli sənətkarları nümayiş edən 15 işi təqdim olunub.Eyni zamanda, məhz sərgidə iştirak etmək məqsədilə Bakıya müxtəlif rayonlardan təşrif buyurmuş bir neçə sənətkarın əl işləridə nümayiş etdirilib. Belə ki, tədbirdə fotoşəkillərlə yanaşı dulusçu, dəmirçi, şəbəkə və silah ustaları, dülgər, düyü halvası və simli musiqi alətləri hazırlayan ustalarınəl işlərini görmək mümkün idi.



“Bu sərgi əl işi ilə məşğul olan ustaların əməklərinin sirrinin üstünü açır. Sərgi sənətkarların fotoşəkilləri və dulusçu, dəmirçi, dülgər, şəbəkə və silah ustalarının əl işlərini toplayıb. Ekspozisiyanın yaranmasına mənim Azərbaycan regionlarına etdiyim səyahətlər səbəb olub. Bu, mənim ilk fərdi sərgim idi və biz fotoşəkillər və əl ilə hazırlanan məmulatlar vasitəsilə “The Balvenie” viskisinin əl əməyindən ortaya gəldiyini əks etdirməyə çalışdıq. Ümid edirəm ki, alındı. “The Balvenie Craftsmanship Azerbaijan” layihəsində iştirakıma şərait yaradan təşkilatçılara təşəkkürümü bildirmək istərdim”, - deyə fotoqraf Elmar Mustafazadə qeyd edib.



”Craftsmanship Azerbaijan” layihəsi “The Balvenie” viskisinin istehsalının hər bir mərhələsində əl işinin mövcudluğunu əks etdirir. Sərgidə nümyiş olunan sənətkarların bütün işləri ötən dövrün texnologiyaları əsasında əi ilə hazırlanıb.



“Biz “The Balvenie” viski brendi olaraq Azərbaycanda peşə sənətinin irsinə və ənənələrinə dəstək göstərməkdən məmnunuq. Sərgi iştirakçıları tədbir çərçivəsində ölkənin müxtəlif regionlarından 15 görkəmli sənətkarın hekayəsi və onların hazırladıqları bəzi məmulatlarının tanış olublar. Əl işi ilə mə.ğul olan sənətkarlarla birgə bu cür tədbirlər təşkil etmək “The Balvenie” viski brendi üçün artıq gözəl ənənəyə çevrilib. Mən fotoqraf Elmar Mustafazadəyə “The Balvenie Craftsmanship Azerbaijan” layihəsi çərçivəsində gördüyü işə görə təşəkkürümü bildirirəm və ona karyerasında növbəti uğurlaq qazanmağı arzulayıram”, - deyə The Balvenie”nin brend səfiri Dmitri Çerkaşın bildirib.



Bundan başqa, tədbir boyu “The Balvenie”nin brend səfiri Dmitri Çerkaşının rəhbərliyi altında şotland viskisinin ən yaxşı növlərinin dequstasiyası keçirilib. Sərgi iştirakçıları “TheBalvenieDoublewood12”, “The Balvenie Carrebian Cask 14”və “TheBalvenieDoublewood17” viskilərinin dadına baxıb.