Mars Chocolate və Wrigley şirkətləri birgə Mars Wrigley Confectionery adlı qənnadı şirkətini yaradıblar. Yeni korporasiyaya Martin Radvan rəhbərlik edəcək.



Qeyd olunur ki, birləşmə 2017 il ərzində mərhələli şəkildə həyata keçiriləcək.



Mars Wrigley Confectionery portfoliosuna Snickers, M&M’s, Dove, Galaxy, Maltesers, Twix kimi şokolad brendləri, həmçinin, Doublemint, Extra, Orbit, 5, Altoids, Lifesavers, Skittles и Starburst brendləri daxil olacaq.



Bildirilir ki, Mars-ın məqsədi gəlir artımını sürətləndirmək, müştəri xidmətini yaxşılaşdırmaq və tendensiyaları izləməkdir.



Qeyd edək ki, Mars 2008 ildən etibarən Wrigley-in əsas səhmdarıdır.